t s

» » İlham Hacalı: Sosilal şəbəkələrdə niyə söyüş söyülür?

İlham Hacalı: Sosilal şəbəkələrdə niyə söyüş söyülür?

2-02-2019, 11:09 Yazar:  Gülnar Baxılıb: 168 Çap et
“Sosial şəbəkələri oxuyanda insan xəcalət
çəkir”
Oqtay Əsədov
İlham Hacalı: Sosilal şəbəkələrdə niyə söyüş söyülür?

Öncə bildirim ki, ali təhsilliyəm. Bir sıra dövlət orqanlarında işləmişəm. Mənim istəyimdən asılı olmayaraq, possovet məkanında dünyaya gəldiyim və əmək fəaliyyətinə başladığım üçün o dövrün sərt qanunları məni yetişdirib, ictimai işlərdə az-çox mətnləşdirib. 1986-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşam. Müstəqilliyimiz əldə ediləndən sonra, 2000-ci ildən Yeni Azərbaycan Partiyasına özümün tam istəyimlə daxil edilmişəm. Hazırda bu gün hakim partiya hesab edilən YAP-ın 19 idi ki, üzvüyəm. Uzun illərdi jurnalist fəaliyyəti ilə məşğulam. Respublikada dərc edilən 20-dən çox, o cümlədən “Təzadlar”, İki sahil” , “Ekspress”, “Gündəm xəbər” və sairə kimi aparıcı qəzetlərlə əməkdaşləq etmişəm. Pis-yaxşı az da olsa oxucu marağı qazanmışam. Bu gün tutduğum əqidəyə yenə də sadiq olaraq, birmənalı şəkildə bu dövlətin dəstəyindəyəm. Çünki, YAP-ın nizamnaməsinə və məramnaməsinə tam bələd olandan sonra, mən bu partiyaya könüllü daxil olmuşam. Lakin, bunları deməkdə heç də özümü reklam etmək niyyətində deyiləm. Ona görə yazıram ki, bu başlıq altında yazdıqlarımı oxucu tam başa düşsün.
Uzun illərdi ki, işlədiyim jurnalistika fəaliyyətimdə yerim, yurdum ancaq əyalət olub. Yazılarımda həmişə dövləti və dövlətçiliyi əsas götürüb, mənfi obrazları tənqid etmişəm. Bir adam əlini qatlayıb deyə bilməz ki, kimdənsə nəsə tələb etmişəm, ya da “reketçiliklə” məşğul omuşam. Belə şeylər əqidəmə də ziddir. Ancaq həyatı və obrazını oğurluq, quldurluq üzərində quran bəzi nankorlar yeri gələndə məni “korşaltmaq” üçün mənə də “reket” deyiblər. Buna da inciməmişəm. Olan şeydi.
Son illər isə bircə dəfə “Azinforum”.az saytının baş redaktoru, tanınmış jurnalist Məhəmmədəli Qəribli ilə mübahisəm olub. Onda isə özümü günahkar saymışam. Bu da qarşı tərəfə aydın olub, bunula da məsələ bitib. Bəli, səhvini etiraf etmək də böyüklük əlamətidir.
Qayıdaq mövzuya.
Milli Məclisin spikeri Oqtay Əsədovun məhz bu söylədiyi məni də boş braxmadı. Düzdü, söyüş söymək tərbiyəsizlik və acizlik əlamətidir. Ancaq kim söyür, niyə söyülürlər? Məsənənin düzgün analizinə varanda, nələrin şahidi olursan? Əlbəttə, cənab Oqtay Əsədov bu fikrini aydındır ki, deputalarımızın üzərində cəmləşdirir. Ona aidiyyəti olmayan insana söyüş onu narahat da edə bilməz. İndi görək söyüş söymək nədən qaynaqlanır?
Hamımıza yaxşı məlumdu ki, deputat xalqın elçisidir. Hər deputatın arxasında yalan-gerçək minlərlə seçici var. Onlar qa Milli Məclisdə qanunları işləyib, lehinə səs verirlər. Sonda cənab Prezident İlham Əliyev qüvvəyə mindirir. İndi bir şey var. Deputat xalqın elçisidirsə, xalqın xeyirinə qanunlar qəbul etməlidir. Ziddinə yox!. Şəxsən mən, istəmirəm ki, illər təzələnsin. Çünki, hər il təzələnəndə Milli Məclis tərəfindən işlənmiş, xalqın “belinə daş qoyan” qanunlar qüvvəyə minir. Kimdi bunları edənlər? - Deputatlar. Məsələn, ən çox söyülənlərdən biri də Milli Məclisin əmək və sosial siyasət komissiyasının sədri Hadı Rəcəblidir. Bu xalqın yaralı yerində oturub. Elə qanunlar kəşf edir ki, ancaq milləti Prezidentə qarşı qoyur. Kimə lazımdı? Eyni zamanda, Rusiyada yaşayan mərd oğullarımızı, ”otxod” adlandıran mərhum deputatımız Astan Şahverdiyev… Yenə deyirəm kimə lazımdı? Bundan başqa biri deyir, “müəllim soğan satsın”, biri deyir “kənd yerlərində işləyənlərə pensiya verilməsin”, o biri deyir FB-dəkilər avara adamlardı və sairə.
Məgər bu deputat söhbətidi? Atalardan belə bir zərb məsəl də var: “Söymə nökər atama, söyərəm bəy atana”. Deputat millətinə, seçicilərinə söyməsin, millət də onları söyməsin! Belə yaxşı olmazmı?
Bəli, bu gün Milli Məclisin spikeri Oqtay Əsədov üzvlərinin Milli Məclisə davamiyyətindən də narazıdır. Hər bir deputatın şirkəti, yüksək vəzifəsi, kommersiya ocaqları var. Nə vaxt onları idarə etməkdən vaxt tapırlar ki, Milli Məclisə də gəlsinlər? Gələndə də qəsdən millətin tam iliyinə işləyən kortəbii qanunlar işləməklə məşğuldurlar.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sosial şəbəklərdə danışdıqlarında böyük həqiqətlər var. Deputat öz kefindədir. Yeyir, içir, dava salır… Bir dəfə bir seçicisinə yaxınlaşmır ki, nə problemin var? Gəldikləri icra başçılarının kabineti, getdikəri Bakıdır. Bu nəyə dəyər? Söyüş də beləcə yaranır.
Ancaq, seçkilər gələndə yağlı vədlər, ağılagəlməz iş üslübu dünyadan çıxır. Ona görə də, xalqın üzü yoxdu seçkilərə getməyə. Seçdiklərinin biri də seçicinin etimadını doğrultmayıb. Yalnız çox hörmətli xanımımz Qənirə Paşayevdan savayı.
Dünən üçün söyüşlərə qarşı çıxan deputalarımızdan biri də hörmətli Siyavuş Novruzov oldu. Bildirir ki, Prezident ev verdikləri jurnalistlər onlara cavab verməlidir”. Bəli, mənim də etirazım yoxdu. Kimə veribsə sözünü desin. Ancaq, ev verdiklərinin əksəriyyətinin imzası tanınmır. Heç cümlə düzəldə bilməyənlər də var. Onlar kimə, nəyə cavab verməlidirlər? Özlərinə kömək edən lazımdı, cənab Novruzov!
Mən uzun illərdi mətbuatdayam. Xəta olub ki, əyalətdə yaşayıram. Demək ev almaq, şərait qurmaq üçün Bakıda yaşamılydım. Bir ölkədə ki, jurnalist ayrı seçkiliyi də varsa, nədən danışa bilərik? Mənim əməyimi kim qiymətləndirməlidir? Beləcə də ölməliyəmmi? Bakıda “əjdaha” jurnalustlər var ki, onlara heç nə təkilif olunmur. Sirr deyil ki, bu da “monopoliyanın” bir növürüdü. Mən şəxsən Prezidentimiz cənab İlham Əliyevdə günah axtarmıram. Bu insan hamıya inanır. Çünki humanist bir rəhbərdir. Bundan istifadə edənlər açıq şəkildə onu aladadırlar.
Milli Məclisdə qanun səsə qoyulub qəbul edildikdən sonra göndərilir Prezidentin masası üzərinə. Cənab Prezident də baxır ki, Milli Məclis qəbul edib. Hər deputat minlərlə seçicinin təmsilçisidir, onların adından çıxış edir. Götürüb təsdiqləyir. Sonradan başlanır hay-küy. Sən demə, bu qanun bütün millətin ziddinə imiş… Kim qanunu qəbul edib? Milli Məclis… Social şəbəkə adamları da başlayrlar neynəməyə? Söyüş söyməyə.
Əlbəttə, bu xoşa gələn deyil. Ancaq məsələnin məğzi belədi, cənab Oqtay Əsədov. Hər kəs yerində olsa nə heç kimin xoşlamadığı fikrlər işlədilər, nə söyüş söyülər, nə də tərbiyəsizlik edilər.

İlham Hacalı





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az