t s

» » Avro-2020-də Bakıya gələcək yığmalar harada məşq edəcəklər?

Avro-2020-də Bakıya gələcək yığmalar harada məşq edəcəklər?

2-02-2019, 10:12 Yazar:  Gülnar Baxılıb: 38 Çap et
Avro-2020-də Bakıya gələcək yığmalar harada məşq edəcəklər?
UEFA futbol üzrə Avro-2020-də 24 futbol komandasının harada məşq edəcəyi və harada məskunlaşacağına dair siyahı tərtib edib.

Mediaxeberleri.az
xəbər verir ki, Bakı da daxil olmaqla ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək qitə birinciliyinin məşq stadionları arasında “Bakcell Arena”, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika Stadionu olacaq.

“Fairmont”, “Bilgah Beach” və “Excelsior” hotelləri isə qonaq komandaların Bakıda məskunlaşacağı məkanlar kimi müəyyənləşdirilib.

UEFA-nın əməkdaşları bu siyahını müəyyənləşdirmək üçün Avropanın 12 şəhərinin 150-dən çox hotel və 100-dən çox təlim-məşq bazalarında olub. Hotel seçimində obyektlərin mərkəzdə olması, həmçinin kurort üslublu olması əsas götürülüb.

Bununla belə, Avro-2020-nin iştirakçı milli komandalarını təmsil edən federasiyalar özləri baza və hotelləri kataloqdan kənar seçmək hüququna da malikdir. Hətta komandalar Avro-2020-nin keçirilməyəcəyi qonşu ölkələrdə də məskunlaşa bilər.

Qeyd edək ki, gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatı Hollandiyanın Amsterdam, İspaniyanın Bilbao, Rumıniyanın Buxarest, Danimarkanın Kopenhagen, İrlandiyanın Dublin, Şotlandiyanın Qlazqo, İngiltərənin London, Almaniyanın Münhen, İtaliyanın Roma və Rusiyanın Sankt-Peterburq şəhərlərində baş tutacaq.

Bakıda üç qrup (13, 17 və 21 iyun) və bir 1/4 final (4 iyul) mərhələsinin matçı təşkil olunacaq.

Paytaxtımız və Romada A qrupunun oyunları keçiriləcək. İtaliya millisi final mərhələsinə vəsiqə qazanacağı halda, matçlarından biri Bakı Olimpiya Stadionunda olacaq.

Səbuhi MUSAYEV




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
14:03 Bakıda keçiriləcək Avropa Liqasının finalının loqosu təqdim olundu AFFA-nın baş katibi Elxan Məmmədov bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatma mərasimində iştirak edəcək. Oxu.Az xəbər verir ki, o öncə Bakı şəhərinin qitənin ikinci mötəbər futbol tədbirinə ev sahibliyi etməsi ilə bağlı açıqlama verib: “Nüfuzuna görə ikinci ən
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
13:38 Moskvada futbol üzrə dünya çempionatının püşkü atılıb - DÇ-2018 TƏQVİM Mundial iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı komandaları arasında keçiriləcək görüş ilə start götürəcək. Oxu.Az turnirin qrup mərhələsinin təqvimini təqdim edir: A QRUPU 14 iyun. Moskva. “Lujniki”. Rusiya – Səudiyyə Ərəbistanı 15 iyun. Yekaterinburq. Misir – Uruqvay 19 iyun.
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az