t s

» » Keşlə qəsəbəsində məscidin yanında partlayış

Keşlə qəsəbəsində məscidin yanında partlayış

19-02-2015, 15:45 Yazar:  Aygün Baxılıb: 712 Çap et
Keşlə qəsəbəsində məscidin yanında partlayışZərərçəkənlər Respublika Yanıq Mərkəzinə çatdırılıblar.

Bir saat öncə Keşlə qəsəbəsində məscidin yanında partlayış baş verib, nəticədə iki nəfər ciddi xəsarət alıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Vesti.Az-a Nizami rayon 23-cü Polis Bölməsindən bildiriblər.

Partlayış nəticəsində 25 yaşlı Sayılov Elşən Rövşən oğlu və onun yaxın qohumu 53 yaşlı Sayılov Qabil Vəliyulla oğlu xəsarət alıblar.

Hər iki zərərçəkən dəmir məmulatların hazırlandığı sexin işçiləridir, partlayış da məhz burada baş verib.

Zərərçəkənlər Respublika Yanıq Mərkəzinə çatdırılıblar. Elşən Sayılovun vəziyyəti həkimlər tərəfindən kritik qiymətləndirilib.

İstintaq zamanı müəyyən edilib ki, partlayışa səbəb qaynaq zamanı içində alışan maddə olan plastik çənə qığılcımın düşməsi olub.

Partlayış nəticəsində yanğın baş verib. 30 kvadratmetr sahə yanıb. Bildirilib ki, FHX alovu artıq söndürüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:28 Dəmiryolunun “yüksək vəzifəli şəxsi” saxlanılıb - Foto Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb. Bu barədə Nəsimi RPİ-dən məlumat verilib. Əməliyyat zamanı 55 yaşlı Məhərrəmov Əlovsət Əvəz oğlu saxlanılıb. O, vətəndaşları aldadaraq onlardan FHN işə
09:51 VİDEO: Ürəyi zəif olanlar izləməsinlər – DƏHŞƏT Çində maraqlı, maraqlı olduğu qədərdə qorxulu bir hadisə baş verib. Beləki uşaq əlindəki partlayıcı maddəni kanalizasiya lyukuna atıb. Bu zaman dəhşətli partlayış bax verib. Hadisə zamanı uşaqlardan biri ağır xəsarət alıb. Dəhşətli kadrları sizə təqdim edirik: istixeber.com
09:33 Bakıda 5 maşın toqquşub: 1 ölü, 3 yaralı Hadisəni "Mercedes" markalı minik avtomobili törədib. Bakıda ağır yol qəzası baş verib. Mediaxeberleri.az apa-ya istinadən xəbər verir ki, hadisəni "Mercedes" markalı minik avtomobili törədib. Şərifzadə küçəsi ilə sürətlə hərəkətdə olan minik maşını idarəetmənin itirilməsi nəticəsində yolun
19:39 Bakıda 23 yaşlı oğlanın boğazını kəsdilər Onun hansı səbəbdən bıçaqlanması hələlik məlum deyil. Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib. Mediaxeberleri.az Lent.az-a istinadən verdiyi məlumata görə, gecə saatlarında Şamaxinka adlanan ərazidən 20-25 yaşlı oğlan ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun
15:09 Bakıda polis-sürücü davası - Qan töküldü Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Məlumata görə, hadisə Səbayel rayonu ərazisində, İstiqlaliyyət küçəsi, 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az