t s

» » İlahiyyat İnstitutunda yalnız dini dərslər keçirilir? - AÇIQLAMA

İlahiyyat İnstitutunda yalnız dini dərslər keçirilir? - AÇIQLAMA

30-01-2019, 16:36 Yazar:  Gülnar Baxılıb: 92 Çap et
İlahiyyat İnstitutunda yalnız dini dərslər keçirilir? - AÇIQLAMA
Azərbaycan İlahiyyat İnstitutunda yalnız dini dərslərin tədris olunması barədə yayılan xəbərlər yanlışdır.

Bu barədə Oxu.Az-a institutun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə yayılan informasiyaların əsası yoxdur:

“2018-ci ilin iyun ayından etibarən, institutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, habelə maarifləndirmə istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb. İnstitutun müəllim və işçi heyəti, habelə strukturunun təşkili üçün prioritetlər müəyyənləşdirilərək, ictimaiyyətə elan olunub və şəffaf şəkildə həyata keçirilib.

Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları hazırlanaraq, Təhsil Nazirliyinə təqdim edilib və müsbət rəy alınıb”.

“Ali təhsil müəssisəsində dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları tədris olunmaqla yanaşı, Müqayisəli dinlər tarixi, Din psixologiyası, Müqəddəs mətnlərin hermenevtikası, Elm və din, Müqayisəli teologiya, Mistisizm, Din fəlsəfəsi, Din sosiologiyası, Din psixologiyası, Müqəddəs kitabların müqayisəsi, Yeni dini hərəkatlar, Qərbdə İslam tədqiqatları, Sosial elmlərin metodologiyası, Yəhudilik və xristianlıq, Hind-Çin dinləri öyrədilir. İnstitutdan Azərbaycan tarixi, Azərbaycan dili və nitq mədəniyyəti, İnformatika və kompüter texnologiyası, Mülki müdafiə, Multikulturalizmə giriş, İslam ölkələri tarixi və coğrafiyası kimi fənlər geniş tədris olunur”, - deyə institutdan qeyd edilib.

Məlumatda vurğulanıb ki, institutda müxtəlif dil öyrədilir:

“Tələbələr ingilis, ərəb, klassik ibrani və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan İlahiyyat İnstitutunda dünyəvi deyil, yalnız dini dərslərin tədris olunduğuna dair iddialar yazılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:43 Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib Aİİ rektoru C. Məmmədov: “Aİİ yarandığı qısa müddət ərzində təhsil standartları və təhsil planını hazırlayıb, kadr təminatını həyata keçirib” Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 24 oktyabr 2018-ci il tarixdə fəaliyyətinin ilkin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. Azərbaycan
17:30 Aİİ ilk tədris ilinə uğurla başlayıb Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilk tədris ilinə uğurla başlayıb. 2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayan Aİİ-də dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib. Mediaxeberleri.az
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az