t s

» » Sahibkarlara dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradan əsas amillərdən biridir

Sahibkarlara dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradan əsas amillərdən biridir

14-01-2019, 19:11 Yazar:  Səxavət İsmayıl Baxılıb: 88 Çap et
Sahibkarlara dövlət qayğısı iqtisadi inkişafa zəmin yaradan əsas amillərdən biridir
Qazaxda istixanaların sayının gündən-günə artması əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir


Mediaxeberleri.az
xəbər verir ki, hər kəsə yaxşı məlumdur ki, son 15 ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan, məqsədyönlü tədbirlərdən də aydın şəkildə görmək olar. Aqrar sektorda olan inkişafın təməli isə hələ 2004-cü ildə ölkə başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına söykənir. Məhz 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli artmışdır.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan kənd təsərrüfatının inkişaf etməsi üçün məqsədyönlü işlər görülür. İş yerləri ilə təminatda böyük pay sahibi olan bu sahənin inkişaf etməsi üçün sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan hər bir sadə insana daim göstərilən dövlət qayğısının nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır.
Son iki il yarımda rayon rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, sahibkarlara və fermerlərə lazım olan bütün şərait yaradılır.

Bu gün isə sevindirici haldır ki, əkin sahələri ilə yanaşı, istixanaların da sayı getdikcə artır. Gəlirli sahə olduğu üçün fermerlərin istixanalara marağı artmaqdadır. Qərb bölgəsində son bir neçə ildə min hektarlarla sahədə istixana kompleksləri salınıb.

İstixanalar iqlim şəraitindən asılı olmayaraq ilin hər fəslində kənd təsərrüfatı məhsulları istehsalına imkan yaradır. Belə ki, içərisinə yerləşdirilmiş qurğular vasitəsilə istixananın daxilindəki temperaturun dərəcəsi asanlıqla tənzimlənir. Bununla da bitkilərin ilboyu yetişdirilməsi prosesində yaranan fasilələr aradan qaldırılaraq ardıcıl məhsul istehsalı təmin olunur. Yeni yaradılmış bu istixanalar eyni zamanda yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.

Məlumat üçün bildirək ki, bu gün Qazaxda 10 hektara yaxın ərazidə istixana salınıb. 350-yə yaxın rayon sakini həmin istixanalarda çalışır.

Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız növbəti illərdə daha da güclənəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi qarşıda duran bütün problemlərin tezliklə həll edilməsinə imkan yaradacaqdır.

Hazırda istixanalarda şitillərin əkilməsinə başlanılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az