t s

» » Arvadını yandırıb, oğlunu öldürən ömürlük məhkum danışdı - VİDEO

Arvadını yandırıb, oğlunu öldürən ömürlük məhkum danışdı - VİDEO

14-01-2019, 18:04 Yazar:  Eldar Baxılıb: 109 Çap et
Arvadını yandırıb, oğlunu öldürən ömürlük məhkum danışdı - VİDEO
“Gördüm ki, fikrindən yayınmır”.

ARB TV-nin “Rezonans” proqramında oğlunu və arvadını yandıran ömürlük məhkumdan danışılıb.


Lazimat Vəliyev – Məhkum (Cəzası: Ömürlük həbs): “Lənkəranda yaşamışam. Əvvəl 11 il cəza çəkib çıxmışam. Həbsdə ola-ola daş karxanasında işləyirdim. Öz əziyyətimlə işləyə-işləyə ev aldım. Sonra fəhlə işləyirdim. Çətin idi dolanmaq. Sonra dedilər ki, nə qədər belə gedər? Mən də başladım onlarla həmin işi görməyə. Konteyner açdıq, oğurluq etdik. Başladıq dükanlara paylamağa. Hər şey normal gedirdi, sonra ilişdik. Mənə 15, digərlərinə də 8 il iş verdilər. 1987-ci ildə əfv verdilər. Məndən də 4 il çıxdılar. Xanımımı istəyib qaçırtmışam. 23 yaşında evlənmişdim mən. 26 yaşımda tutuldum. Elə oldu ki, dedi ki, işləmək istəyirəm. Dedim ki, sənin nəyin çatmır? Dükan sahibiylə danışdım. Dedi ki, bu qədər borcu var. Çıxartdım pulu verdim. Dedim ki, bir də bunu burada görməyim, yoxsa dükanını yandıracam. Gördüm ki, bunu fikrindən yayındırmaq mümkün deyil. Bir gün dedilər ki, filan yerdə filankəslədi. Saat 1 olardı. Gördüm ki, qapı çöldən bağlıdır. Gözlədim biraz. Həmin gün də yağış yağırdı. Saata baxdım ki, 3-ə işləyib. Özümlə benzin də gətirmişdim. Məcbur olub bu yola əl atdım. Bilsəydim ki, oğlum oradadır etməzdim. Oğlum da orada idi. Rusiyaya getdim. 1 ay işləyəndən sonra dayana bilmədim qayıtdım. Qardaşım dedi ki, oğlun tüstüdən boğulub, arvad da ölməyib. Sonra məni tutdular, qoluma qandal vurub apardılar. Ölüm hökmü verilmişdi. Sonra dedilər ki, işinə yenidən baxılacaq. Sonra məhkəmə gəldi və yenə güllələnmə hökmü verildi. Güllə korpusunda Şahin adlı bir oğlan var idi. Dedi ki, paltarları görürsən də? Bunlar ölənlərin paltarlarıdır. Sənin də paltarın burada olacaq. Dedim onu bilmək olmaz. Sonra ölüm hökmü ləğv olundu. Mən azadlığı hər şeyə qurban verərəm”.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az