t s

» » Keçmiş məhkum özünü polis bölməsinin qarşısında niyə yandırdı? - DİN-dən AÇIQLAMA (VİDEO)

Keçmiş məhkum özünü polis bölməsinin qarşısında niyə yandırdı? - DİN-dən AÇIQLAMA (VİDEO)

14-01-2019, 17:27 Yazar:  Səma Baxılıb: 108 Çap et
Keçmiş məhkum özünü polis bölməsinin qarşısında niyə yandırdı? - DİN-dən AÇIQLAMA (VİDEO)
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşın özünü polis bölməsinin qarşısında yandırması barədə yayılan məlumatlara münasibət bildirib.

Mediaxeberleri.az
xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, bəzi xəbər saytlarında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini Tərlan İslamovun 40-cı Polis Bölməsində şikayətinə baxılmadığı barədə yayılmış iddialar əsassızdır: “Həqiqətən cari il yanvarın 12-dən 13-nə keçən gecə, saat 00.44-də əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmuş Tərlan İslamov DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək onunla əlaqədar Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində aparılan araşdırmanın gedişindən narazılığını bildirib.

Zəngdən az sonra Tərlan İslamov bölməyə dəvət edilib, lakin onun sərxoş olduğu müəyyən edildiyindən araşdırmanın gedişi barədə səhər ona ətraflı məlumat veriləcəyi, narazı qalacağı halda rayon Polis İdarəsinin və Prokurorluğunun rəhbərliyinə müraciət edə biləcəyi sonuncunun nəzərinə çatdırılıb. Lakin Tərlan İslamov bölməni tərk etdikdən sonra idarə etdiyi “VAZ-2107” markalı avtomobildə saxladığı 1 qab benzini üzərinə tökərək özünü yandırıb. Bu zaman ayıq-sayıq tərpənən polis əməkdaşları tərəfindən dərhal yanğının söndürülməsi və yaralının xəstəxanaya çatdırılması təmin olunub. Hazırda rayon prokurorluğu tərəfindən bu faktla əlaqədar araşdırma aparılır”.

O.Mansurzadə həmçinin qeyd edib ki, T.İslamovun gedişatından narazı qaldığı araşdırmanın aparılmasına isə ötən il oktyabrın 9-da rayon ərazisindəki kafelərdən birində bu şəxsin iştirakı ilə baş vermiş bir xuliqanlıq əməli səbəb olub: “Belə ki, sözügedən kafenin sahibi Vüqar Rüstəmov 9 oktyabr 2018-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01 radələrində işlətdiyi kafedə bir neçə nəfərin onu təhqir edərək döydüyünü bildirib.

Öz növbəsində Tərlan İslamov da bölməyə qarşılıqlı ərizə ilə müraciət edərək ödəmək üçün çıxardığı 130 manatının və qardaşı Tərzan İslamovun mobil telefonunun kafenin müdiri və onun əmisi oğlu tərəfindən alındığını göstərib.

Araşdırmalarla kafenin müdiri Vüqar Rüstəmovun yaranmış mübahisə zəminində iki qardaş tərəfindən döyülməsi müəyyən olunub, lakin Tərlan İslamovun göstərdiyi xüsusatlar bu zaman öz təsdiqini tapmayıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən cari il yanvarın 12-də fakta görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az