t s

» » “Övladının Türkiyədə oxuması üçün böyrəyini satan analar var” - Təhsil müşaviri

“Övladının Türkiyədə oxuması üçün böyrəyini satan analar var” - Təhsil müşaviri

11-01-2019, 16:27 Yazar:  Nuhu Baxılıb: 40 Çap et
“Övladının Türkiyədə oxuması üçün böyrəyini satan analar var” - Təhsil müşaviri“Bu günə qədər 138 minə yaxın azərbaycanlı tələbə Türkiyədə oxuyub. Bu tədris ilində isə Türkiyənin Yükseköğretim Kurulunun (YÖK) statistik göstəricilərinə əsasən, 20 minə yaxın tələbə Türkiyədə təhsillərini davam etdirir”
Mediaxeberleri.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman deyib. O bildirib ki, 130 min Türkiyə məzununun Azərbaycanda xidmət etməsi böyük göstəricidir və bu göstərici hər il daha da artır.

Təhsil müşavirinin sözlərinə görə, övladının Türkiyədə təhsil alması üçün böyrəyini satan valideynlər də var: “Bəzi şirkətlər tərəfindən müəyyən sayda tələbənin Türkiyəyə aparılması ilə bağlı problemlər olur. Əgər şirkət bu sahədə ixtisaslaşmayıbsa, deməli, pul qazanmağı üstün tutur. Hərdən yanımıza maşınını satan valideynlər, böyrəyini satan analar gəlir və bunun şahidləri var. Övladını Türkiyədə oxutmaq istəyən valideynlərə biz də kömək etmək istəyirik. Azərbaycan gənclərinin Türkiyədə oxumasından məmnunuq, lakin Azərbaycanda yaxşı universitetləri də seçmək lazımdır. Təhsillə bağlı məşğul olan şirkətlər bu işdə diqqətli olmalıdır”.

M.Ağırman, həmçinin qeyd edib ki, 2019-cu tədris ilindən etibarən Türkiyənin Yükseköğretim Kurulu (YÖK) tərəfindən YÖS nəticələri ilə yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri də Türkiyədəki universitetlər tərəfindən nəzərə alınacaq.

“Biz Türkiyədəki ali təhsil müəssisələrini seçən azərbaycanlıların YÖS imtahanları verməsini istəyirik. İstəyirik ki, Azərbaycanlı gənclər yeni qurulan universitetdən çox, daha köklü akademik göstəriciləri, elmi heyəti olan ali təhsil müəssisələrini seçsinlər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
10:38 Ali məktəblərdə tədrisə tam və qismən cəlb olunanlara dair yeni tələblər müəyyənləşdirilib Yalnız tədrisə tam cəlb olunan tələbəyə əlavə fənlər seçməyə icazə veriləcək Ali məktəblərdə əyani formada tədrisə tam və qismən cəlb olunmadan asılı olaraq kreditlərin sayı fərqli olacaq. Mediaxeberleri.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Ali təhsil müəssisələrinin
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az