t s

» » Bələdiyyə seçkiləri niyə 27 dekabra təyin edilib?

Bələdiyyə seçkiləri niyə 27 dekabra təyin edilib?

11-01-2019, 11:24 Yazar:  Günel Baxılıb: 43 Çap et
Bələdiyyə seçkiləri niyə 27 dekabra təyin edilib?Azərbaycanda 2019-cu il bələdiyyə seçkiləri dekabrın 27-də keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində xatırladılıb ki, Seçki Məcəlləsinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu il dekabrın 12-də keçirilib. Beş ildən bir keçirilən bələdiyyə seçkiləri o zamandan bəri dekabrda baş tutur. Son bələdiyyə seçkiləri isə dekabrın 23-də olub.

Növbəti bələdiyyə seçkilərinin bayram tətilinə cəmi bir gün qalmış-dekabrın 27-nə təyin edilməsi isə birmənalı qarşılanmayıb. Bir sıra siyasətçilər hökumətin bu addımında siyasi məqsəd olduğunu iddia edirlər. Bu qənaətə gələnlər hesab edirlər ki, insanların bayram əhval-ruhiyyəsinə köklənməsi, bayram hazırlıqlarında olması 27 dekabrda keçiriləcək seçkilərə marağı daha da azaldacaq, seçki aktivliyi aşağı düşəcək. Xüsusilə seçkidən sonrakı günlərdə passivlik heç vaxt olmadığı səviyyədə olacaq, bayrama başı qarışan insanların seçki pozuntularına reaksiyası başqa dövrlərlə müqayisədə yox səviyyəsinə düşəcək. Bu iddiada olanların düşüncəsinə görə, hökumət elə bu məsələləri nəzərə alaraq seçkiləri bayram ərəfəsinə təyin edib.

AĞ Partiyanın sədri Tural Abbaslı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hakimiyyətin növbəti bələdiyyə seçkilərini dekabr ayının son günlərinə salmasının hansısa siyasi bir məqsədə hesablandığı barədə deyilənləri bölüşmür: “Bu qətiyyən o anlama gəlməsin ki, mən hakimiyyəti demokratik qəbul etdiyim üçün belə düşünürəm. Sadəcə olaraq, heç kəsə sirr deyil ki, Azərbaycanda bələdiyyələrin dövlətin siyasi, iqtisadi və sosial həyatında heç bir real rolları və təsir imkanları yoxdur. Dünyanın bir çox ölkələrində yerli özünü idarəni həyata keçirən və demək olar ki, ölkələrin sosial-iqtisadi həyatlarına yön verən bələdiyyələr Azərbaycanda formal xarakter daşıyır. Bizdə bələdiyyələr yerli icra hakimiyyəti orqanlarının beşinci təkəri rolunu oynayır və insanların gündəlik həyatlarında qətiyyən ciddi heç bir rola malik deyil. Hətta bir az da irəli gedərək onu deyə bilərəm ki, bir çox bələdiyyə üzvləri artıq guya seçildikdən sonra namizədliklərinin olduğunu və seçildiklərini öyrənirlər. Bu halın şahidi şəxsən özüm olmuşam. Hətta hansı bələdiyyələrin üzvləri və sədrləri kim olacaq məsələsini bir çox hallarda yerli icra hakimiyyəti başçıları müəyyənləşdirir. Yəni bu seçkilərə nə xalq, nə müxalifət, nə də iqtidar seçki kimi baxmır. Sadəcə olaraq, zamanında Avropa qurumları qarşısında götürülən öhdəlik kimi formal olaraq bələdiyyələr mövcuddur. Təbii ki, bu halı biz AĞ Partiya olaraq çox ziyanlı hal hesab edirik. Belə ki, çox uzağa yox, qonşumuz qardaş Türkiyə dövlətinə nəzər salsaq görərik ki, bələdiyyələr hansı gücə və səlahiyyətlərə malikdirlər. Buna adekvat olaraq da orada keçirilən bütün seçkilər arasında ən qızğın rəqabət məhz bələdiyyə seçkiləri zamanı yaşanır”.

T.Abbaslı hesab edir ki, bələdiyyə seçkilərinin hansı gün keçirilməsindən asılı olmayaraq bu seçkilərdə aktivlik olmur. Yəni hökumətin bələdiyyə seçkilərindən narahatlığı üçün əsas yoxdur: “Əslində texniki baxımdan yanaşsaq bizdə də bu seçkilərə xalqın diqqəti yüksək olmalıdır. Çünki təqribən 30 min bələdiyyə üzvü yerinə seçkilər keçirilir və bu yerlərə 100 mindən artıq namizəd iddialı ola bilir. Bu miqyasda namizədin və maraqlı tərəflərin iştirakı ilə keçirilən seçkilərə marağın hansı səviyyədə olmalı olduğunu artıq özünüz düşünün. Ancaq bir daha qeyd edirəm, Azərbaycanda bələdiyyələrin real statusları bu seçkiləri tamamilə maraqsız edir. Odur ki, bu qədər əhəmiyyətsiz seçkilərə görə iqtidarın hansısa xüsusi bir plan hazırladığı və hətta buna uyğun olaraq bayram ərəfəsində seçki təyin etməsi mənə inandırıcı gəlmir. Eyni zamanda niyə məhz 27 dekabrın seçilməsinin də məntiqi izahı verilsə yaxşı olar”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az