t s

» » Bu məhsulların gömrük rüsumları artırıldı - Siyahı

Bu məhsulların gömrük rüsumları artırıldı - Siyahı

11-01-2019, 12:02 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
Bu məhsulların gömrük rüsumları artırıldı - Siyahı
Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ dolları, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litri üçün 0,3 ABŞ dolları, meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər üçün 15.12.2019-cu il tarixinədək 15 %, lakin 1 litri 0,7 ABŞ dollarından az olmamaq şərtilə, alkoqollu energetik içkilər 1 litri üçün 2,0 ABŞ dolları, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar: siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1000 ədədi üzrə 0,5 ABŞ dolları, elektron siqaretlər üçün maye - 1 kq-ı üzrə 1 ABŞ dolları müəyyən edilib.

Nazirlər Kabinetinin digər bir qərarı ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrində də dəyişikliklər edilib.

Qərarla şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün 28,0 manat tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat, elektron siqaretlər üçün maye 1 litr üçün 20,0 manat müəyyən edilib.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:30 İnhisarçı şirkətlərin aksiz markası fırıldağı ilə qazandığı milyonlar... - ARAŞDIRMA Bir neçə gün öncə, daha dəqiq desək, dekabrın 10-da Vergilər Nazirliyinin əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında müvafiq yoxlama həyata keçirilib. Bu zaman müəyyən edilib ki, aksizsiz tütün məmulatlarını, alkoqollu içkiləri
22:38 XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərin tərkibi… Energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir Nəhayət, energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq edildi. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların,
11:58 Azərbaycanda kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılır –Qiymətlər necə olacaq? Sabahdan Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. Bu, Nazirlər Kabinetinin 7 noyabr 2017-ci ildə dərc edilən və sabah qüvvəyə minən ““Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin
17:39 Daha bir bahalaşma bumu qapıda: Martın 1-dən qiymətlər rəsmən artacaq - siqaret-spirtli içkilər və benzin üçün Fevralın 2-də Nazirlər Kabineti respublikaya idxal olunan spirtli içkilər, tütün məmulatları və neft məhsullarının yeni aksiz dərəcələrini təsdiq edib. NK-nın qərarına əsasən, aşağıdakı malların yeni aksiz dərəcələri təsdiq edilib: Səməni pivəsi - 1 litr üçün 1 manat (əvvəllər $1); təbii üzüm

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az