t s

» » Ali məktəblərdə qripə görə dərslər dayandırıldı - GÜRCÜSTANDA

Ali məktəblərdə qripə görə dərslər dayandırıldı - GÜRCÜSTANDA

11-01-2019, 11:00 Yazar:  Eldar Baxılıb: 44 Çap et
Ali məktəblərdə qripə görə dərslər dayandırıldı - GÜRCÜSTANDA
Gürcüstanda yayılmış qrip virusu ilə bağlı ölkənin bir neçə ali məktəbində tədris prosesi yanvar ayının 21-nə qədər dayandırılıb.

Təhsil müəssisələri bu barədə qərarı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tövsiyəsi əsasında qəbul edib.

Qərara müvafiq olaraq, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, İlya Dövlət Universiteti və digər ali məktəblərdə imtahanların müddəti və dərs cədvəli də dəyişdirilib.

Qonşu ölkədə "donuz qripi" adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Qriplə bağlı 845 nəfər xəstəxanalara yerləşdirilib. Virusa görə ölkənin uşaq bağçaları və ictimai məktəblərində yanvarın 14-dək davam edən qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb.Unikal.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:40 Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.
19:49 Gürcüstanda məktəblilərin qış tətilinin müddəti uzadılır Tbilisidəki “Privat klinika” uşaq xəstəxanasının təcili tibbi yardım şöbəsinə qrip virusu və oxşar xəstəliklərə yoluxma halları ilə müraciət edənlərin sayı iki dəfədən çox artıb. Bu barədə “Birinci kanal” televiziyasına xəstəxananın rəhbəri Yekaterina Çxartişvili məlumat verib. Onun sözlərinə
14:50 Batumidə "donuz qripi": Azərbaycanlı turistlər qonşu ölkədə yoluxa bilərlər Azərbaycan vətəndaşları Gürcüstanı ziyarət edən turist sayına görə liderdir. Təkcə 2018-ci ildə Azərbaycandan olan qonaqların sayında 40% artım olub. Mediaxeberleri.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin PR və
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
10:07 Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi? Azərbaycan Səhiyyə Nazirliyi “donuz qripi” xəstəliyinə görə 2009-cu ildə olduğu kimi ölkədə peyvəndin aparılıb-aparılmayacağına aydınlıq gətirib. Mediaxeberleri.az xəbər verir ki, Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, 2009-cu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az