t s

» » Dişlər haqqında bilmədiklərimiz

Dişlər haqqında bilmədiklərimiz

11-01-2019, 11:20 Yazar:  Nuhu Baxılıb: 45 Çap et
Dişlər haqqında bilmədiklərimiz
QİÇS-ə səbəb olan HİV virusunun ilkin dövrlərində ağız boşluğunda əlamətləri üzə çıxa bilər.

Bunu estetik diş həkimi Efe Kaya deyib.

Efe Kaya diş və diş əti xəstəliklərinin sağlamlıq haqqında vacib işarə verdiyini açıqlayıb.

HİV pozitiv olan xəstələrdə ağız boşluğunda göbələk infeksiyasında artım hiss olunur. Ağız boşluğunda, xüsusilə də gənclərdə dodaqların kənarında ağ-qırmızı rəngli zədələr HİV əlaməti ola bilər.

QİÇS olduqda isə diş əti problemləri müşahidə olunur. Demək olar ki, bütün QİÇS xəstələrində diş əti iltihabı (qinqivit) müşahidə edilir. Diş əti problemləri, adətən, ağrılı və müntəzəm qanama ilə əlamətdardır. Ağız içində ağrısız, xüsusilə damaq bölgəsində bənövşəyi-qəhvəyi rəngli yaralar HİV-in əlaməti ola bilər.

Ağız boşluğunda üç həftə boyunca sağalmayan və davamlı olaraq qanayan yaralara diqqət edilməli, mütləq həkimə müraciət olunmalıdır. Xərçəng xəstəliyi bədənin sağalma mexanizminə zərər yetirdiyindən və bədəni idarə olunmayan hüceyrə bölgüsünə məcbur etdiyindən bu hal xərçəngin əlaməti ola bilər.

Ağız içindəki tüpürcək dişləri təmizləyərkən dişlərin çürüməsinin qarşısını almağa da xidmət edir. Bu səbəbdən tüpürcəyin miqdarının azalması dişlərin çürüməsinə səbəb olur.

Diş əti çənə bölgəsindən qan damarları alır və qidalanır. Diş ətinin sağlam rəngi çəhrayı rəngdir. Solğun diş əti rəngi anemiya (qansızlıq) xəstəliyinin əlaməti ola bilər.Oxu.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:25 Hamı ərə getməyimi istəyir, mən isə… Son zamanlar mistik anlar yaşayıram desəm, inanın. Təsəvvür edin ki, anamın gecə-gündüz mənə “bəsdir daha onu-bunu “bəyənmirəm, ərə getmirəm” dedin, ailə qur” deməsi bir tərəfə, cəmiyyətdəki tanıdığım və tanımadığım tanınmış və ya az tanınan insanlar tərəfindən də qınağa çevrildim. Axır vaxtlar
07:49 Hematoloq: Azərbaycanda 30-40 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir Bu gün ölkə üzrə qan azlığından əziyyət çəkən uşaqların sayı artmaqdadır. Bizim qan azlığı kimi bildiyimiz bu anemiyalar isə çox ciddi fəsadlara, ağır xəstəliklərə və nəhayət, ölümə səbəb ola bilər. Bəs bu xəstəliklərdən və onun gətirdiyi leykoz, leykemiya, talassemiya xəstəliklərindən qorunmağın
09:13 Xərçəngin ilkin əlamətləri: Əgər BUNLAR SİZDƏ VARSA... Həkimlər hər zaman xərçəng xəstəliyinin ilkin əlamətlərinə xüsusilə diqqət etməyimizin lazım olduğunu bildirir. Vaxtında qoyulan dəqiq diaqnoz bu xəstəliyin uğurlu müalicə şansını artırır. Mediaxeberleri.az hər kəsin gözardı etdiyi, ancaq xərçəng xəstəliyinin ilkin əlaməti olan 16 göstəricini
06:49 Qadınlar oxusun - Alt geyimlərinin rəngi nə ifadə edir?! Ağ Saflıq, təmizlik rəmzidir. Amma seksdə bu rəng yerini statiklik, sabitlik və adiliyə verir. Ağ rəng seksdə təcrübəsiz olanların üstünlük verdikləri sırasındadır. Ağ rəngdə utancaqlıq vardır. Bu rəng seçiciləri təmizlik dəlisidirlər. Gün işığından istifadə etməyə deyil də, qaranlığa üstünlük
12:01 Su haqqında bilmədiklərimiz - MARAQLI FAKTLAR Ən sadə hesab etdiyimiz maddə olan su, əslində, özündə bir çox sirr saxlayır. Alimlər hələ də onu tədqiq edir və bu maddə haqqında yeni-yeni maraqlı məlumatlar əldə edirlər. Dünyada ən təmiz su Finlandiyadadır. Təzə və təbii su araşdırmalarında indiyədək 122 ölkə iştirak edib. Bununla belə, dünya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az