t s

» » NED Azərbaycana ayırdığı milyonları kimə verir? - VİDEO

NED Azərbaycana ayırdığı milyonları kimə verir? - VİDEO

11-01-2019, 10:12 Yazar:  Firuzə Baxılıb: 21 Çap et
NED Azərbaycana ayırdığı milyonları kimə verir? - VİDEO
Fransa başda olmaqla Avropa dövlətlərində insan huquq və azadlıqlarının məhdudlaşdırılması istiqamətində atılan addımları beynəlxalq təşkilatlar da görməzdən gəlirlər.

Polis zorakılığını susqunluqla qarşılayan Milli Demokratiya Fondu (NED) kimi təşkilatlar isə əksinə, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə aranı qarışdırmağa çalışırlar. Bu məqsədlə

çəkinmədən milyonlarla dollar vəsait xəcləyirlər. Hesabatlarında isə ayrılan vəsaitlərin ünvanı göstərilmir.

Bəs xaricdən Azərbaycana göndərilən qrantlar kimə və hansı məqsədlər üçün ayrılır?

Beynəlxalq təşkilatların hesabatlarına nəzər salanda, bəzi məqamlar üzə çıxır. Məsələn, ABŞ mərkəzli Milli Demokratiya Fondu NED-in 2011-2015-ci illərdə ayırdığı qrantlar ünvanlı olsa da, 2016-cı ildən sonra NED, vəsaitlərin kimə, yaxud hansı təşkilata ayırdığını açıqlamayıb. 2017-ci ildə NED-in "Azərbaycana ayırdığı" qrantların bir hissəsi "siyasi məhbus"larla bağlıdır. Həm də çox maraqlı başlıqlarla təqdim edilib: "Azərbaycanda "siyasi məhbus"ların nüfuzunun artırılması. "Siyasi məhbus"larla bağlı materialların hazırlanaraq təqdim edilməsi və Avropada təbliğat tədbirlərinin həyata keçirilməsi". Bununla bağlı 123 695 ABŞ dolları qrant ayrılıb.

NED-in ayırdığı vəsaitlərin əhəmiyyətli hissəsi isə azərbaycanlı tərəfdaşların vətəndaşları siyasi proseslərə cəlb etməsi üçün nəzərdə tutulub. Burada çox güman ki, söhbət radikal siyasi qruplardan gedir. Bu istiqamətə ayrılan vəsait 165 000 təşkil etsə də, əslində, daha çoxdur. Çünki "gənclərin internetə cəlb edilməsi", "gənclərin ictimai həyatda iştirakının mükafatlandırılması" adı altında təxminən 400 min dollar vəsait ayrılıb.

Sosial şəbəkələrdəki sapı özümüzdən olan trollar və mediadakı nüfuz müvəkkilləri də diqqətdən qaçmayıb. "informasiya saytı", "onlayn xəbər portalı", "müstəqil medianın dəstəklənməsi" adı altında Azərbaycana qarşı informasiya təxribatının aparılmasına ümumilikdə 385 822 ABŞ dolları vəsait xərclənib. Bu vəsaitlərin müqabilində tələb olunanlar da çox maraqlıdır. Azərbaycana qarşı informasiya təxribatının körüklənməsinə daha çox insanın cəlb edilməsi.

NED-in "qrant" bölgüsündə "Azərbaycanlı tərəfdaşların dəstəklənməsi" adı altında daha bir maraqlı məqam diqqəti cəlb edir. Qeyd olunur ki, "vətəndaşları siyasi proseslərə cəlb edən Azərbaycanlı tərəfdaşların müdafiəsi, onların daxili şəbəkələrinin genişləndirilməsi prosesinə yardım göstəriləcək. Vətəndaşların proseslərə cəlb edilməsi işində onlara rəqəmsal təhlükəsizlik sahəsində yeni rəqəmsal vasitələrlə dəstək veriləcək".

Ekspertlər hesab edir ki, yeni rəqəmsal vasitələrlə dəstək birmənalı qarşılanmamalıdır. Çünki bu işdə trolların sayının artırılması üçün xüsusi proqramlar, gizli əlaqə üçün mobil tətbiqlər və casus avadanlıqlarından istifadə istisna edilmir.

Onu da xatırladaq ki, NED, 2017-ci ildə Azərbaycana qarşı təxribatları genişləndirmək üçün 1 milyon 31 min 681 ABŞ dollar vəsait ayırıb. Bu isə təxminən 1 milyon 800 min manat deməkdir. Bu, hesabatına nəzər saldığımız belə təşkilatlardan sadəcə biridir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az