t s

» » Nazirlik vergi ödəyicilərinə müraciət etdi - VİDEO

Nazirlik vergi ödəyicilərinə müraciət etdi - VİDEO

11-01-2019, 10:04 Yazar:  Firuzə Baxılıb: 25 Çap et
Nazirlik vergi ödəyicilərinə müraciət etdi - VİDEO
Bundan sonra işsizlikdən sığorta və məcburi sosial sığorta üzrə hesabatlar Dövlət Sosial Müdafiə Fonduna deyil, vergi orqanlarına təqdim edilməlidir.


Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Vergilər Nazirliyi ödəyicilərə müraciət edib.


Vergilər Nazirliyinin vergi ödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri Məmməd Quliyev vurğulayıb ki, burda əsas məqsəd ödəyicilərin vergi inzibatçılığının yükünü azaltmaq, eləcə də hesabatlarla bağlı vahid quruma müraciəti təmin etməkdən ibarətdir. Sözügedən hesabatları elektron qaydada təqdim edə bilməyən ödəyicilər nazirliyin xidmət mərkəzlərinə müraciət edə bilərlər.


Məmməd Quliyev bildirib ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının köçürüləcəyi hesablarda dəyişiklik yoxdur.


Vergi ödəyicilərinə bildirilib ki, hesabatlar vaxtında təqdim edilməlidir. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülə bilər.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
10:59 Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib Yanvar ayının birindən Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib. Qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
14:33 Vergi ödəyiciləri üçün “Yaşıl dəhliz“ layihəsinə start verildi Vergitutma sahəsində fəaliyyətinin qeydiyyatda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb. Belə ki, Vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə Vergilər Nazirliyi yanında
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az