t s

» » Ukraynada prezident seçkisində Qərb onu dəstəkləyəcək

Ukraynada prezident seçkisində Qərb onu dəstəkləyəcək

11-01-2019, 09:07 Yazar:  Firuzə Baxılıb: 31 Çap et
Ukraynada prezident seçkisində Qərb onu dəstəkləyəcək
Ukraynada seçki kampaniyası Rusiyanın Azov dənizindəki təxribatından sonrakı ərəfəyə təsadüf edir. Bu isə seçkilərin çox gərgin keçəcəyindən xəbər verir.

Bu sözləri Ukraynadakı seçki kampaniyasını Axar.az-a dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

“Ukraynada prezidentlik uğrunda əsas rəqabətin sabiq baş nazir Yuliya Timaşenko ilə indiki Prezident Pyotr Poroşenko arasında gedəcəyi şəksizdir. Düzdür, müxalifət nümayəndələri arasında keçmiş müdafiə naziri də daxil olmaqla, bir sıra önəmli şəxslər var. Ancaq onlar ukraynalılar arasında çox məşhur deyillər. Bu səbəbdən də Timaşenko müxalifətin liderinə çevrilib və hazırda ən yüksək reytinqə malik olan namizəddir. Ancaq Ukraynada keçirilən rəy sorğuları əsla xalqın ümumi əhval-ruhiyyəsini əks etdirə bilməz. Çünki bu rəylər lokal, çox zaman isə məqsədli xarakter daşıyır”, - Q.Hüseynli bildirib.

Politoloq Timaşenkonu indiki Ukrayna üçün yararlı namizəd hesab etmədiyini deyib:

“Birincisi, Yanukoviç tərəfindən həbsə atılsa da, Timaşenko SSRİ və Ukraynada ən böyük metallurgiya kombinatını özəlləşdirərək ələ keçirib. İkincisi, o, xalis ukraynalı deyil və qanında erməni qanı mövcuddur. Üçüncüsü, düzdür, Ukrayna ilə Rusiya arasında qaz müharibəsində Moskvaya gedərək Putindən müəyyən güzəştlər qoparmışdı. Ancaq sonradan bağlanan müqavilədə korrupsiya elementləri aşkar olunmuşdu. İndiki Prezident Poroşenko isə kommersiya strukturlarından siyasətə gəlib. Düzdür, o, prezidentliyi dövründə tam məşhurlaşa və korrupsiyanın qarşısını ala bilmədi. Eyni zamanda, Saakaşvili ilə münasibətləri də onun reputasiyasına müəyyən qədər zərbə vurdu. Buna baxmayaraq, Qərbin və ukraynalıların daha çox qəbul etdiyi namizəd məhz Poroşenkodur. Zənnimcə, o hazırkı Ukrayna üçün prezidentliyə ən yararlı namizəddir. Poroşenko bu postda bişib və ölkəsinin maraqlarını ifadə edən siyasət yürütməyi bacarır, üstəlik, Qərblə münasibətləri də normal səviyyədədir. Bütün bunlar isə onu qalibiyyətə aparır”.

Qeyd edək ki, Ukraynada 31 mart prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:13 İki dövləti müharibəyə aparan Azov böhranı Krım körpüsünün tikintisinin başa çatması və bu ilin mayında istifadəyə verilməsindən sonra Rusiya ilə Ukrayna arasındakı konfliktin Azov dənizi hövzəsinə yayılacağı gözlənilən idi Yeni körpünün rolu təkcə Rusiya ərazisini (Taman yarımadası) Krımla (Kerç yarımadası) birləşdirməklə məhdudlaşmır,
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az