t s

» » Qaz limiti yanvarın 8-də yenilənib - Abonentlər narazıdır - VİDEO

Qaz limiti yanvarın 8-də yenilənib - Abonentlər narazıdır - VİDEO

11-01-2019, 08:56 Yazar:  Səma Baxılıb: 88 Çap et
Qaz limiti yanvarın 8-də yenilənib - Abonentlər narazıdır - VİDEO
Yevlaxın Malbinəsi kəndinin sakinləri qaz sayğaclarının son oxunma tarixindən narazıdırlar. Söhbət ondan gedir ki, yanvarın 1-dən etibarən abonentlərə yeni limit verilməli olduğu halda, vətəndaşların ünvanına bildiriş yanvarin 8-də oxunan sayğaca əsasən gəlib. Yəni limiti keçən vətəndaşlar 8 günün sərfiyyatina görə hər kub üçün 10 yox, 20 qəpiklə ödəniş etməyə məcbur olublar.


Xezerxeber.az-ın məlumatına görə, ilin əvvəlində abonentlərə qaz sərfiyyatı üçün yeni limit verilsə də, Yevlaxın Malbinəsi kəndinin bəzi sakinlərinə bu limit 8 gün gec verilib. Buna səbəb əraziyə nəzarət edən ''Azəriqaz'' İstehsalat Birliyinin əməkdaşının sayğac göstəricisini yanvarın 8-də oxumasıdır.


Sakinlər iddia edirlər ki, bu hal onların daha çox pul ödəməsinə səbəb olub. Çünki onlar 8 günə görə qazın hər kubu üçün 10 yox, 20 qəpikdən pul ödəməli olublar.


Sakinlərə göndərilən əksər bildirişlərdə son oxunma tarixi 8 yanvar olaraq göstərilib.


Məsələ ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyinin sözçüsü İbrahım Kərbalayev ''Xəzər Xəbər''ə bildirdi ki, mexaniki tipli qaz sayğaclarında qeydiyyatın aparılması növbəti ildən etibarən 4 iş günü ərzində həyata keçirilir. 1, 2, 5 və 6 yanvar tarixləri qeyri-iş günü olduğundan ayın 8-də göstəricinin oxunması tam qanunidir.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:00 "Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini “Azəriqaz”ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verib. Məhkəmə abonentlərdən ikisinin iddiasını təmin edib. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat
14:53 “Azəriqaz”ın korrupsiya çirkabına bulaşmış idarələrinin “qazlama” əməliyyatı - AĞSTAFADA Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının dedikləri öz əksini tapdı. Qaz itkisini ört-basdır etmək üçün abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyə başladılar. Bir nüsxəsi də Mediaxeberleri.az-ın elektron poçtuna daxil olan şikayət məktubunda,
00:23 “Azəriqaz”ın korrupsiya çirkabına bulaşmış idarələrinin “qazlama” əməliyyatı - Ağstafada Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının dedikləri öz əksini tapdı. Qaz itkisini ört-basdır etmək üçün abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyə başladılar. Bir nüsxəsi də Mediaxeberleri.az-ın elektron poçtuna daxil olan şikayət məktubunda,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az