t s

» » Vaqif İbrahimoğlunun tələbəsi "Yuğ"dan uzaqlaşdırıldı — QALMAQAL

Vaqif İbrahimoğlunun tələbəsi "Yuğ"dan uzaqlaşdırıldı — QALMAQAL

10-01-2019, 16:57 Yazar:  Nuhu Baxılıb: 76 Çap et
Vaqif İbrahimoğlunun tələbəsi "Yuğ"dan uzaqlaşdırıldı — QALMAQAL"Yuğ" Dövlət Teatrının keçmiş əməkdaşı, rejissor Ər-Toğrul Kamalov rejissor Mirsahib Ağazadənin teatrdan uzaqlaşdırılmasına münasibət bildirib.
Mediaxeberleri.az xəbər verir ki, rejissor "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, M.Ağazadənin işinə Mədəniyyət Nazirliyi tərəfindən xitam verilib:
"Teatrın rejissoru Mirsahib Ağazadənin işdən çıxarılmasına səbəb kimi nazirliyin məktubu göstərilir. Hələ ki məktubdə yazılanlardan məlumatımız yoxdur. Amma bildirmək istəyirik ki, bu, Vaqif İbrahimoğlunun şagirdlərinə qarşı kobud rəftardır. Bu son iki il ərzində Vaqif müəllimin neçənci tələbəsidir ki, işdən azad edilir. Artıq bununla bğalı teatr aləmində kiçik də olsa, səs-küy və çaxnaşmalar başlayıb. Bir daha qedy etmək istəyirəm ki, teatr rəhbərliyi Mirsahib Ağazadənin işdən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyinin məktubunu göstərib. Nazirlik İrəvan Dövlət Azərbaycan Dram Teatrındakı problemləri həll edə bilmədikcə, digər teatrlarda da oxşar problemlər artacaq. Bu cür yaşamaqdansa, "Yuğ" Teatrının bağlanması Vaqif İbrahimoğlunun ruhuna hədiyyə olar".
Qeyd edək ki, Azərbaycan Dövlət "Yuğ" Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulub. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:39 İllər sonra Həsən Turabov və Amaliya Pənahova arasında olan incikliyin üstü açıldı . 1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının rəhbərliyi tərəfindən Amaliya Pənahovaya qarşı haqsızlıq oldu. O vaxt teatrın rəhbəri mərhum Həsənağa Turabov idi. Turabov o vaxt istedadlı aktyorları kütləvi şəkildə teatrdan çıxarırdı. Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Məhluqə
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:07 Əli Şirin Şükürlü: "Suprematizmdən Ədəbi Suprematizmə" Suprematizmdən Ədəbi Suprematizmə (esse) Ədəbi Suprematizm cərəyanının yaranma zərurəti, onun mahiyyəti barədə açıqlamalar və bu cərəyana aid edilən bədii mətnlər kütləvi informasiya vasitələrində dərc olunmağa başladıqdan az sonra sevimli tələbələrimdən biri mənə müraciət etdi: “Müəllim, bu
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az