t s

» » İsrailin keçmiş naziri İran casusu çıxdı

İsrailin keçmiş naziri İran casusu çıxdı

10-01-2019, 16:40 Yazar:  Nuhu Baxılıb: 53 Çap et
İsrailin keçmiş naziri İran casusu çıxdıİsrailin keçmiş naziri və keçmiş deputatı Qonen Seqev İranın xeyrinə casusluğa görə mühakimə olunub.

Mediaxeberleri.az xəbər verir ki, bu haqda “Jerusalem Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, Seqev artıq günahını boynuna alıb və onun vəkili ilə dövlət ittihamçısı razılaşmaya gələ biliblər. Etiraf etdiyinə görə, dövlət ittihamçısı hakimdən nisbətən daha az müddət, 11 il həbs cəzası istəyəcək.

Seqev 90-cı illərdən İsrail hökumətində çalışıb. 2018-ci ilin iyun ayında İranın xeyrinə casusluq ittihamı ilə həbs edilib. O, Nigeriyadan Ekvatorial Qvineyaya səfər edən zaman sonuncu ölkə kriminal keçmişinə və İsrail tərəfinin göndərdiyi həbs orderinə görə onu vətəninə deportasiya edib.

Əks-kəşfiyyatçıların sözlərinə görə, həbsdən əvvəl xeyli müddət Nigeriyada yaşayan Seqev 2012-ci ildən İran kəşfiyyatı ilə əməkdaşlıq edib. O, köhnə əlaqələrindən istifadə edərək, qarşı tərəfə İsrail barədə müxtəlif məlumatlar ötürüb.

Qonen Seqev 1992-1996-cı illərdə Knessetin deputatı olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
13:48 Ermənistan təcavüzkar dövlətdir - “The Jerusalem Post” Ermənistan və İsrail dostluq münasibətlərini inkişaf etdirəcəklər. Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan və İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi bu barədə razılığa gəliblər. Onlar ikitərəfli münasibətləri, təxirəsalınmaz regional və beynəlxalq problemləri də
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az