t s

» » Mingəçevir səhiyyənin acınacaqlı vəziyyəti: korrupsiya və savadsızlıq

Mingəçevir səhiyyənin acınacaqlı vəziyyəti: korrupsiya və savadsızlıq

10-01-2019, 09:43 Yazar:  Firuzə Baxılıb: 71 Çap et
Mingəçevir səhiyyənin acınacaqlı vəziyyəti: korrupsiya və savadsızlıq
İcbari tibbi sığorta ifadəsi bir il əvvələ qədər ölkə əhalisinə, o cümlədən Mingəçevir və Yevlax sakinlərinə əhatəli məlumat verməsə də, cəmi bir neçə aydan sonra gətirdiyi arzuolunmaz yenilikləri ilə diqqəti cəlb edir.

Mediaxeberleri.az xəbər verir ki, son illər Azərbaycan əhalisi müalicə üçün qonşu dövlətlərə daha çox gedir. Əsasən İran və Türkiyəni seçən insanlar, Rusiya və Gürcüstan səhiyyəsinə də müraciət edirlər. Onlar bu halı qonşu ölkələrdə səhiyyə xidmətlərinin və dərmanların ucuz olması, mütəxəssislərin daha çox olması ilə əlaqələndirirlər.

Səhiyyə nazirliyi xarici ölkələrə gedən əhalinin sayında "dəfələrlə azalma" olduğunu desə də, müxbirimizin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında söhbət etdiyi vətəndaşlar elə düşünmür.

Mingəçevirlilər səhiyyə sahəsində olan problemlərin yaranmasının həkimlərin aldığı əmək haqqının miqdarı ilə əlaqəli olduğunu düşünürlər.

"Bazar iqtisadiyyatı şəraitində ya dövlət öz həkiminə yüksək maaş verməldir, ya da həkim onu hansısa vasitə ilə əldə etməldir. Həkim növbədə qalır, əziyyət çəkir, amma aldığı maaş 100-200 manadır. O, xəstələrin verdiyi pulu götürməyə məcburdur, çünki onun yaşayış minimumu təmin olunmalıdır".

Korrupsiya, səhv diaqnoz

"Həkimlərimizi savadsız hesab etmirəm, sadəcə bizim həkimlər universiteti bitirən zaman vicdan sözü və mənası haqqında hər şeyi unudub iş həyatına başlayırlar. Dəfələrlə öz ailəmdə, qohumlarımın ailəsində üzləşdiyim problemlər: pul xətrinə yanlış diaqnozlar, səhv müalicələr... Uzaq bir qohumumuz həyatını itirdi, səhlənkarlıq və səhv müalicə ucbatından", bunu adının açıqlanmasını istəməyən xəstələrdən birinin qohumu deyir.

İcbari sığorta

Təhlilçilərin fikrincə, icbari sığorta səhiyyədə olan problemlərin çözülməsinə yardım edə bilər.

Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub.

Prezident İlham Əliyev 2007-ci ildə “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”nın təsdiq edilməsi haqqında", 2008-ci ildə isə Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqqında sərəncamlar imzalayıb.

Bu sərəncamlardan sonra 2012-ci ilə qədər ölkdə icbari tibbi sığortaya keçid istiqamtində addımlar atılacağı gözlənilirdi. Amma bu baş vermədi.

"İcbari tibbi sığorta tətbiq olunsa, dövlət büdcəsindən ayrılan vəsait birbaşa sığortaolunanlara veriləcək. Vətəndaş xəstəxanalara müraciət edərkən həmin vəsaitdən təyinatı üzrə istifadə edə biləcək".

İcbari sığortanın tətbiqindən sonra səhiyyə işçiləri və xəstələr arasındakı münasibətə nəzarət edən bir qurum mövcud olacaq. Bu qurum da həkimlərin resept yazarkən sui-istifadə hallarına yol verməməsinə şərait yaradacaq.

"Həkimlərin müalicə və müayinə üsullarına, onların əlavə prosedur və ya dərman yazdıqlarına hazırda nəzarət edən yoxdur. Yaradılmış sığorta qurumu isə bu halları yoxlayacaq və səhv nüanslar olarsa, ödənişi etməyəcək".

İcbari sığortanın gecikməsi Azərbaycanda səhiyyə sisteminin bu günkü vəziyyətində "kimlərinsə maraqlı olması" deməkdir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da suallarımız cavabsız qaldı.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
11:40 Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR “Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az