t s

» » Azərbaycanın kişi voleybol millisi Avropa çempionatından kənarda qalıb

Azərbaycanın kişi voleybol millisi Avropa çempionatından kənarda qalıb

10-01-2019, 09:14 Yazar:  Eldar Baxılıb: 58 Çap et
Azərbaycanın kişi voleybol millisi Avropa çempionatından kənarda qalıb
Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.

“Report”un məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv G qrupunda son tur matçında, səfərdə İsveçə uduzub – 0:3. Stokholmda təşkil olunmuş qarşılaşmanın ilk setini 25:13 hesablı üstünlüklə tamamlayan meydan sahibləri ikinci setdə müqavimətlə üzləşiblər. Lakin bu setdən 25:19 hesablı üstünlüklə ayrılan skandinaviyalılar üçüncünü də böyük fərqlə başa vurublar – 25:16.

Bu nəticədən sonra hər iki komanda xallarını 8-ə çatdırıb. Lakin nə Azərbaycan, nə də İsveç mərhələ adlaya bilib. Cəlalovun komandası daha çox – 3 qələbə qazandığı üçün 2-ci yeri tutub. Bununla belə, ümumilikdə 7 qrupda 2-ci olan komandalardan ən yaxşı “5-liy”ə Azərbaycan düşə bilməyib. Bu səbəbdən, final mərhələsinə yüksəlmək üçün tarixi şans əldən verilib.

Avropa çempionatı, seçmə mərhələ

G qrupu, VI tur

20:00. İsveç – Azərbaycan – 3:0 (25:13, 25:19, 25:16)

Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)

Stokholm, “Eriksdalshallen” voleybol salonu

Qeyd edək ki, Bu gün Azərbaycanın kişi voleybol yığması Avropa çempionatına vəsiqə uğrunda tarixi oyuna çıxıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:31 Kişi voleybolçularımız Avropa çempionatına yüksəldi - tarixində ilk dəfə Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv buna seçmə mərhələdə G qrupunun V tur matçında Bakıda Lüksemburq üzərində 3:1 hesablı qələbə sayəsində nail olub. Dərnəgüldəki
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
18:05 Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda Bu gün Gənclər Mərkəzinin akt zalında Qazax rayonu İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 14-17 noyabr tarixlərində Lənkəran-Masallı-Astara istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirdi. Mediaxeberleri.az xəbər verir ki,
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az