t s

» » TƏHLÜKƏ - Bakıda bu bina uça bilər (VİDEO)

TƏHLÜKƏ - Bakıda bu bina uça bilər (VİDEO)

19-02-2015, 14:49 Yazar:  Aygün Baxılıb: 763 Çap et
TƏHLÜKƏ - Bakıda bu bina uça bilər (VİDEO)Suraxanı rayonu, Ələkbərov küçəsi, 41 ünvanında yaşayan sakinlər bir gün binanın onların üzərinə uçacağından ehtiyat edirlər.

Mediaxeberleri.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, sakinlər deyirlər ki, tikili günü-gündən dağılır. Yaşayış evində məskunlaşan 7 ailə dözülməz həddə çatan vəziyyətlə üz-üzə qalıb. Bir əsrlik yaşı olan binanın divarları içəridən ovularaq tökülür. Tikilinin dam örtüyü tamamilə sıradan çıxıb.

Sakinlərin sözlərinə görə, yağış yağan kimi damın suyu mənzillərinin içərisinə axır. Nəticədə də mənzillərdəki divar kağızları yararsız hala düşür. Üstəlik, yaranan nəmişlik otaqlarda havasızlığa səbəb olur.

Sakinlər bildiriblər ki, problemlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət də ediblər. Amma bir nəticə yoxdur.

“Yaşamaq mümkün deyil. Binanın dörd bir tərəfi uçub-dağılır. Hazırda yolların təmiri həyata keçirilir. Amma bizim binaya nəzər yetirən yoxdur”, - deyə şikayətçi Natalya Məmmədova bildirib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən şifahi olaraq bildiriblər ki, rayonun qəzalı evlərilə bağlı Nazirlər Kabinetinə və Bakı Şəhəri İcra Hakimiyyətinə məlumat verilib. Bu barədə göstəriş olarsa, sakinlərin probleminə baxıla bilər.

Ümid edirik ki, həmin ərazinin yol kənarı diqqətdən qalmadığı kimi, sakinlərin yaşadığı, uçulmaqda olan binaya da bir göz gəzdirən tapılar. Ən azı, hər hansı bir bədbəxt hadisə baş verməmiş.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:51 Sabirabad Doğum Evində rəzalət Ana həkimin tələb etdiyi 480 manat verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub, bətndəki körpə ölüb, özünün durumu isə ağırdır Sabirabad Doğum Evində bir qadının başına pulu olmadığı üçün müsibət gətirilib. Bu barədə JAM.AZ-a həmin vəziyyətlə üzləşmiş Mərziyyə Mirzəyevanın yaxınları
09:24 Saatlıda ünvanlı sosial yardım qadağası - yoxsul ailələrə arayış verilməsi yasaqlanıb Saatlı rayonunda yoxçul ailələrin ünvanlı sosial yardım almasını ciddi əngəllər törədlilir. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarov tərəfindən verilmiş təlimata əsasən yardım almaq istəyənlərə arayış verilməsi yasaq edilib. Belə ki, sənədləri hazırladıqları zaman yerli
19:20 Bakıda qadın 5-ci mərtəbədən belə yıxıldı-Video+18 Bu gün saat 11 radələrində Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada bədbəxt hadisə baş verib. Mediaxeberleri.az xəbər verir ki, "Yeni Müsavat" qəzetinin əməkdaşlarından birinin verdiyi məlumata görə, o, həmin hadisənin şahidi olub: "Biz körpünün
22:19 Ukraynanın yenə nəfəsi kəsilir (VİDEO) Atəşkəsin ömrü cəmi 50 dəqiqə çəkdi Dünya liderlərinin təkidilə Ukraynanın şərqində sülhə nail olmaq üçün bir neçə gün bundan əvvəl Minskdə Ukrayna və Rusiya prezidentləri bir araya gəldi. Uzun çəkən danışıqlardan sonra Minsk razılaşması əldə olundu. Mediaxeberleri.az ANS PRESS-ə istinadən xəbər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az