t s

» » “Atam gəzdiyi qadınları evə gətirir, anamla bacım...” – Qəbələdə dəhşətli olay

“Atam gəzdiyi qadınları evə gətirir, anamla bacım...” – Qəbələdə dəhşətli olay

9-01-2019, 16:13 Yazar:  Gülnar Baxılıb: 101 Çap et
“Atam gəzdiyi qadınları evə gətirir, anamla bacım...” – Qəbələdə dəhşətli olay
Qəbələ rayonunda atasına qarşı cinayət törətməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Ramil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ramil Abdullayev ötən il martın 24-də saat 18 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşadıqları evin həyətində atası Ramizin anası Səbiləni döyməsindən əsəbiləşib.

O, həyətdə qadınların gözü qarşısında atasının ünvanına nalayiq söyüşlər söyüb, sinəsinə və qoluna bir neçə yumruq-təpik vurub. Daha sonra atasını yerə yıxaraq döyüb.

Bu zaman qadınların səs-küyünə magistral yolda avtomobil təmir edən Ülfət Sadıqov, yaxınlıqdakı çayxanadan Qahir Qasımov və Nabir Məmmədov gəliblər. Onlar bir-birilərini təhqir edən ata-oğulu ayırıblar. Ramiz Аbdullаyevi həyət qapısından magistral yola çıxarıb, çayxanaya aparmaq istəyiblər.

Ramil onların arxasınca gəlib. Oğlu tərəfindən döyüləcəyindən qorxan Ramiz evin qarşısında, magistralın Vəndam qəsəbəsindən keçən hissəsində yol kənarında saxladığı özünə məxsus “Ford Tranzit” markalı avtomobilin yanına gedib, qaçmaq məqsədilə avtomobilə oturub.

Ramil yaxınlaşaraq avtomobilin sаğ yan şüşəsini sındırıb, atasını təpiklə vurub, sonra yerə yıxaraq döyməyə başlayıb.

Ramiz Abdullayev xəsarət alıb. Xəstəxanada müalicə alan ata oğlundan polisə şikayət edib.

Ramil Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaq orqanı Ramil Abdullayev barəsində Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Abdullayev bildirib ki, atası hər gün anasını və bacısını döyüb.

Onun sözlərinə görə, arası qeyri-qanuni əlaqədə olduğu qadınları evə gətirib, ailənin birgə sahib olduğu avtomobili sataraq gəzdiyi qadının müalicəsinə xərcləmək istəyib: “Buna mane olduğuma görə aramızda münaqişə yarandı. Atamı itələdim, qolu sındı. Lakin bütün müalicə xərclərini özüm çəkdim. Atam məndən əlavə 5000 manat pul istədi, verməyəcəyim təqdirdə isə polisə şikayət edəcəyini bildirdi”.

Qəbələ rayon Məhkəməsinin hökmü ilə ittihamda bəzi dəyişiklik edilib. Hökmə əsasən, istintaq orqanı tərəfindən Ramil Abdullayevə verilən xuliqanlıq əməli sübuta yetirilməyib. Bu səbəbdən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ittihamdan xaric edilib.

Ramil Abdullayev Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib və ona аylıq qаzаncındаn 15 fаiz məbləğində pul dövlət nəfinə tutulmаqlа 1 il müddətə islah işləri cəzası verilib.

Bu hökmdən narazı qalan Ramiz Abdullayev apelyasiya şikayəti verib. O, oğlunun cəzasının ağırlaşdırılmasını istəyib.

Ramiz Abdullayevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin şikayətinin dəlilləri araşdırılıb.

Ramiz Abdullayevin şikayəti təmin olunmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:30 Arvadını kənddə qonşu kişi ilə tutdu və … – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az “publika.az”a istinadən xəbər verir ki, Musa Əliyev bacısı qızının ailəsində yaranan problemi həll etmək məqsədilə 12 iyul 2015-ci il
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az