t s

» » Yeni bahalaşma dalğası - Yanacaq, gedişhaqqı, kommunal xərclər...

Yeni bahalaşma dalğası - Yanacaq, gedişhaqqı, kommunal xərclər...

9-01-2019, 12:20 Yazar:  Günel Baxılıb: 48 Çap et
Yeni bahalaşma dalğası - Yanacaq, gedişhaqqı, kommunal xərclər...2019-cu ilin ilk günlərində istehlak bazarında müşahidə olunan bahalaşma digər sahələrdən də yan keçməyəcək.

Mediaxeberleri.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib.

“Əgər büdcə parametrlərində problemlər yaransa, qiymətlərin artırılması qaçılmaz olacaq. 2019-cu ildə dizel yanacağının bahalaşması ilə bağlı qərarın qəbul olunması gözlənilir. Eləcə də nəqliyyatda gedişhaqqının qalxması və kommunal xidmətlərin artırılması ilə bağlı dəyişikliklər ola bilər. Neftin qiyməti kəskin düşsə və büdcənin formalaşmasında problemlər yaransa, o zaman dövlət tərəfindən tənzimlənən qiymətlərdə artım müşahidə oluna bilər”.

Qeyd edək ki, 2018-ci ilin sonlarına doğru maşın bazarında bahalaşma müşahidə olundu. 2019-cu ilin ilk günlərində isə bahalaşma özünü istehlak bazarında göstərdi. Un, ət, alkoqollu içkilər və tütün məhsullarında müşahidə olunan qiymət artımı enerji içkilərinin qiymətinə də siraət etdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:51 QUBAD İBADOĞLU 2018-ə YEKUN VURDU, 2019-dan GÖZLƏNTİLƏRİNİ AÇIQLADI:"Rusiyanın Azərbaycana müdaxilə və nəzarət imkanları artacaq" Azərbaycan Demokratik və Rifah Hərakatının rəhbəri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu Strateq.az-a müsahibəsində 2018 -ci ilin iqtisadi, siyasi yekunlarını dəyərləndirib, növbəti ildən gözləntilərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik: – Qubad bəy, 2018-ci ilin yekunlarını
13:23 Enerji içkiləri cibə də ziyan olacaq - BAHALAŞIR Azərbaycanda enerji içkilərinin satışı və istifadəsi sürətlə artır. Bu artımın ölkə əhalisinin sağlamlığına mənfi təsiri ilə bağlı Milli Məclisdə səslənən bəyanatlardan sonra onun bahalaşacağı barədə məlumatlar yayıldı. Çünki 2019-cu ildən yeni Vergi Məcəlləsi əsasında enerji içkilərinə aksiz
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
22:04 Qiymət artımı olmayacaq – İqtisadçı ekspert Tarif Şurasının dünənki iclasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb və tarif tənzimlənməsi həyata keçirilib. Hər dəfə hansısa qiymət artımı zamanı olduğu kimi bu dəfə də Tarix Şurasının qərarı bəzi
09:35 Süni qiymət artımını yaradan kimlərdir? Vüqar Bayramov: “Qiymətlərin tənzimlənməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var” Manatın dollara qarşı möhkəmlənməsi bazarlarda və marketlərdə ərzaq məhsullarının ucuzlaşacağı düşüncəsini yaratsa da, bunun əksi baş verir. Qiymətlər ucuzlaşmaq əvəzinə, artan tendensiya ilə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az