t s

» » Gəncədə xəstəxanada yanğın

Gəncədə xəstəxanada yanğın

9-01-2019, 11:41 Yazar:  Günel Baxılıb: 55 Çap et
Gəncədə xəstəxanada yanğınGəncə şəhərində Endokrinoloji Dispanserdə yanğın olub.

Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, hadisə səhər saat 09:00 radələrində baş verib.

Hadisə nəticəsində zəhərlənənlərin olduğu deyilir.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun Oxu.Az-a açıqlamasında hadisənin təfərrüatını açıqlayıb:

“Hadisə səhər saatlarında Endokrinoloji Dispanserin köhnə və hazırda işlənməyən laboratoriyasında, tavan arasında elektrik naqillərində yaşanan qısaqapanma nəticəsində olub. Dərhal aidiyyəti üzrə hadisə yerinə yanğınsöndürən briqada cəlb edilib. Qısa zamanda təhlükənin qarşısı alınıb. Yanğının tam olaraq hansı səbəbdən baş verdiyi isə araşdırılır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:43 Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə tədbirlərlə qeyd olunur. Bu gün növbəti belə bayram tədbirlərindən biri Qazax Rayonlararası Ruhi
19:00 Gəncədə daha bir səhiyyə biabırçılığı... - İTTİHAM Respublikanın ikinci böyük şəhərin düz mərkəzində yerləşən regional Endokrinoloji xəstəxanasında ciddi qanun pozuntuları ilə müşayət olunan hadisələr baş verir. Belə ki, adıçəkilən səhiyyə müəssisəsinin baş həkim Sevda Əskərova və onunla əlbir olan keçmiş baş həkim, hazırda isə Nizami yurdunun Baş
09:21 Narkoloji Mərkəzdəki 25 can alan dəhşətli yanğının səbəbləri – təfərrüat Prezident İlham Əliyev faciə baş verən əraziyə getdi, hadisəni nəzarətə götürdü; Dövlət Komissiyası yaradıldı 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda dəhşətli yanğın başlayıb. Hadisə yerinə
09:13 Baş həkimsiz fəaliyyət göstərən dispanser - İTTİHAM Dispanserin baş həkimi işdə tapılmır Gəncə Psixonevroloji Dispanseri son bir neçə ay ərzində faktiki olaraq Yaşar Əliyevsiz fəaliyyət göstərir Artıq neçə müddətdir ki redaksiyamıza daxil olan məlumatlarda Gəncənin səhiyyə sahəsinin ən zəif nöqtələrindən biri kimi şəhər Psixonevroloji
14:59 Gəncədə pulsuz verilməli dərmanlar satışa çıxarılır - İDDİA Əsəb xəstələri dövlətin qayğısını niyə hiss etmirlər... Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Gəncə şəhər Psixonevroloji Dispanserinin fəaliyyətində yer almış neqativ hallardan bəhs olunur. Bildirilir ki, müəssisənin baş həkimi Yaşar Əliyevin öz işində yol verdiyi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az