t s

» » Məktəbdə istilik sistemi var, amma şagirdlərə soyuqda dərs keçirilir - VİDEO

Məktəbdə istilik sistemi var, amma şagirdlərə soyuqda dərs keçirilir - VİDEO

8-01-2019, 21:04 Yazar:  Gülnar Baxılıb: 65 Çap et
Məktəbdə istilik sistemi var, amma şagirdlərə soyuqda dərs keçirilir - VİDEO
Ağdaş rayon Ləki qəsəbəsinin 6 saylı tam orta məktəbində istilik sistemi olsa da, şagirdlərə soyuqda dərs keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, məktəbdə isitmə sistemi var, amma istilik yoxdur.

Sözügedən məktəb şagird sayına görə rayonda əsas məktəblərindən biridir. Ləki qəsəbə 6 saylı tam orta məktəbində 900 şagird təhsil alır. Sinif otaqları soyuq olduğundan şagirdlər üst geyimdə oturmaq məcburiyyətində qalırlar. Siniflərin soyuq olması valideynləri də narahat edir.

Müəllimlərin sözlərinə görə, məktəbdə qazanxana olsa da, dərs zamanı 1 saat müddətinə işlədiyi üçün otaqlar isinmir.Dərs müddətində məktəbin direktoru yerində olmasa da, məsələ ilə bağlı təsərrüfat müdiri Sahir Cələbiyev "Xəzər Xəbər"ə bildirdi ki, bina böyük olduğundan qazanxana istiliyi çatdıra bilmir. Ona görə də otaqların çoxu soyuq olur.Rayon Təhsil Şöbəsindən isə bildirildi ki, həmin məktəbdə istilik sistemi qurulub. Odur ki, istiliyin nə səbəbdən olmaması araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:47 İki diplomunu, universiteti kənd müəllimliyinə dəyişən gənc: “Siniflərdəki qırıq pəncərələri sellofanla örtürlər” Ucqar kənd müəllimi: “Palçıqlı siniflərdəki odun sobası da bərbad vəziyyətdədir” Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. AzEdu.az “Ucqar kəndin gənc
18:41 Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..." Masallı rayonunda fəaliyyət göstərən bir qrup orta məktəb direktoru adından təhsil naziri Ceyhun Bayramova açıq məktub ünvanlanıb. Bir surəti də AFN-in redaksiyasına göndərilən məktubda rayon təhsil şöbəsinin rəhbərliyindən şikayət əksini tapıb. Həmin məktubu olduğu kimi təqdim edirik: Son illərdə
13:05 Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ - GİLEY Bu ildən etibarən bir neçə rayonun orta məktəblərində siniflərin komplektləşdirilməsinə start verilib. Şagird sayı yetərli olmayan siniflərin birləşdirilməsini nəzərdə tutan komplektləşdirmə Tovuz rayonunda da həyata keçirilib. Təhsil Nazirliyinin təlimatına uyğun olaraq Hümbət Vəliyev adına
23:17 Bu məktəblərin hər birinə 10 min manat veriləcək – SİYAHI Azərbaycan Prezidentinin İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 2014/2015-ci tədris ilində
17:09 Ağsuda şəhidə beləmi hörmət qoyurlar Son illər Azərbaycanda təhsilin inkişafına Dövlət Büdcəsindən yüzmilyonlarla manat vəsait ayrılır. Bu vəsait hesabına hər il bölgələrdə, hətta ən ucqar kəndlərdə belə, yeni, müasir standartlara cavab verən orta məktəb binaları tikilərək istifadəyə verilir. Bu işdə Heydər Əliyev Fondunun xüsusi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az