t s

» » “Çörəyin qiymətində heç bir artım yoxdur” - Açıqlama

“Çörəyin qiymətində heç bir artım yoxdur” - Açıqlama

8-01-2019, 12:30 Yazar:  Günel Baxılıb: 22 Çap et
“Çörəyin qiymətində heç bir artım yoxdur” - AçıqlamaDünəndən etibarən ölkədə unun qiymətinin qalxması və buna uyğun olaraq çörəyin bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılır. Bildirilir ki, unun 45 kiloqramlıq kisəsinin qiymətində 4 manat artım olub. Həmçinin çörəyin də 10 qəpik bahalaşdığı deyilir.
“Nur” çörək zavodunun nümayəndəsi Zöhrab Cabbarov Azvision.az -a bildirib ki, çörəyin qiymətində heç bir artım yoxdur: “Əvvəlki qiymətlər olduğu kimi qalır. Çörək 40-50 qəpik arasında satılır. Zavod çörəyi isə 40 qəpikdir. Amma unun qiymətində artımlar var. Unun qiyməti 5-6 ay bundan əvvəl 19 manat 50 qəpik idisə, bu gün 26 manatdır. Hazırda çörəyin qiymətində artım yoxdur. Sonrakı günlərdə isə nə olacaq bilinmir".

Digər çörək zavodları da hələlik qiymət artımı barədə düşünmədiklərini bildiriblər: "Ola bilsin ki, mağazalarda qiymət süni artırılır. Amma biz əvvəlki qiymətlərlə satış edirik"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:36 Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək? İqtisadçı ekspertə görə, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son
20:37 Un ucuzlaşdı, bəs, un məmulatları niyə ucuzlaşmır? Yanvarın 15-dən etibarən ölkədə çörək və unun qiyməti dövlət nəzarətinə götürülüb. Prezidentin tapşırığına əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Devalvasiyadan sonra 32-34
19:46 Ölkənin iri un və çörək istehsalçıları: “Qiymət artmayacaq” Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarda unun qiymətinin növbəti dəfə qalxması ilə bağlı məlumatlar dolaşır. Həmin məlumatlarda 50 kiloqramlıq unun (1 kisə) qiymətinin 35-38 manat çərçivəsində müəyyənləşdiyi bildirilir. Ölkənin ən böyük un istehsalçılarından biri olan "Karat
14:02 Qiymət ucuzluğu görmək mümkün olmadı - Bayram günü Artıq bayram günü də çatdı. Təəssüf ki, bayramın gəlişi heç çoxunu sevindirmədi. Bu isə sözsüz ki, ölkədə baş verən iqtisadi proseslərin nəticəsi kimi qiymətləndirilir. Demək olar ki, 2015-ci ilə qədəm qoyandan bəri iqtisadi problemlər günü-gündən artmağa başladı. Dolların bahalaşması ölkə
16:02 Satılan çörəyin çəkisi azaldı - ARAŞDIRMA Azərbaycan manatının üzən məzənnəyə keçməsindən sonra ölkəyə xaricdən gətirilən əksər məhsulların qiymətində artım müşahidə olunur. Ölkə bazarında unun qiymətinin artması çörəyin qiymətinə təsir etməsə də, çəkisinin kəskin azalması ilə nəticələnib. Lakin bəzi çörək istehsalçıları çörəyin çəkisində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az