t s

» » Kommunal xidmətlər xəbərdarlıqsız kəsilə bilərmi?

Kommunal xidmətlər xəbərdarlıqsız kəsilə bilərmi?

8-01-2019, 13:12 Yazar:  Günel Baxılıb: 41 Çap et
Kommunal xidmətlər xəbərdarlıqsız kəsilə bilərmi?İbrahim Kərbalayev: “Planlı işlər görüldüyü zaman öncədən bütün təbii qaz istehlakçılarına məlumat verilir”

Son zamanlar mənzillərə verilən təbii qazın xəbərdarlıq edilmədən kəsilməsi ilə bağlı abonentlərin şikayətləri artıb. Bakının əksər rayonlarda zaman-zaman qaz xətlərində təmir-bərpa işlərinin aparılması, müəyyən hallarda isə qəzaların baş verməsi səbəbindən bəzən hansısa qəsəbəyə gün ərzində qazın verilişi dayandırılır. Lakin bununla bağlı abonentlər birbaşa məlumatlandırılmadığından “sürpriz” hallarla qarşılaşırlar. Qış fəslində bu kimi halların insanların həyatında necə problem yaratması isə hər kəs üçün aydın olan bir məsələdir.

Mətbuatda hansısa rayonda təbii qazın verilişində müvəqqəti fasilənin olacağı ilə bağlı məlumat getsə də, bu informasiyanı oxumayan abonentlər nəzərə alınmır. Bəzən isə təbii qazın verilişinin bərpasında xəbərsiz olan vətəndaşların evində təhlükəli vəziyyət yaranır.

Abonentlər təklif edir ki, təkcə təbii qazın deyil, su, elektrik və digər kommunal xidmətlərin verilişində yaranan problemlər, fasilələr barədə xəbərdarlıq təkcə mətbuatla deyil, SMS vasitəsilə mobil telefonlara göndərilsin. Çünki hər evdə mobil telefon istifadəçiləri olduğundan bu halda məlumat daha əlçatan olacaq.

Mediaxeberleri.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, hazırda abonentlərə SMS göndərilməsi üçün hər hansı texnologiyan mövcud deyil: “Planlı işlər görüldüyü zaman öncədən bütün təbii qaz istehlakçılarına məlumat verilir. Məlumatlar televiziya, radio, saytlar, yəni bütün kütləvi informasiya vasitələri ilə cəmiyyətə çatdırılır ki, əhalinin hansı təbəqəsi xəbəri haradan oxuyursa, oradan məlumat ala bilsin. Yalnız qəza halları istisna təşkil edir. Yeraltı və yerüstü qaz xətlərində hər hansı qəza baş verərsə bu da qısa vaxt ərzində aradan qaldırılır. Ancaq planlı işlər zamanı bir neçə gün öncədən məlumat verilir”.

Təbii qazın verilişinin bərpası zamanı mənzillərdə təhlükəli durum yaranması ilə bağlı məsələyə münasibət bildirən İ.Kərbalayev bununla bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin aparıldığını bildirdi: “Qaz cihazlarından istifadə olunduqdan sonra onlar vintildən, yəni qaz kranından bağlanmalıdır. Qaz xəttini açıq qoyub evi tərk etmək olmaz. İstehlakçılarımız bu barədə yetərincə məlumatlıdırlar. Gecə yatarkən, mənzili tərk edərkən qaz cihazlarını yanılı vəziyyətdə qoymaq olmaz. Kombi tipli qaz cihazlarında isə avtomatlaşmış bir sistem var ki, qaz kəsildikdə və yenidən verildikdə avtomatik olaraq bağlanır. SMS göndərilməsi ilə bağlı isə hazırda elə bir sistem mövcud deyil”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az