t s

» » Boks millimiz 2019-cu ilə Göygöldə başladı

Boks millimiz 2019-cu ilə Göygöldə başladı

8-01-2019, 12:00 Yazar:  Günel Baxılıb: 55 Çap et
Boks millimiz 2019-cu ilə Göygöldə başladıKişi boksçulardan ibarət Azərbaycan millisi Yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Mediaxeberleri.az xəbər verir ki, komandamızın baş məşqçisi Vaqif Şirinov hazırlığa 26 nəfər dəvət edib.

Bunlar ölkə çempionatının finalçıları, həmçinin, həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən boksçulardır. Göygöldə təşkil olunan təlim-məşq toplanışı 21 gün davam edəcək və yanvarın 27-də başa çatacaq.

Məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək. Toplanış fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, millimizin kubalı legioneri Lorenso Sotomayor Azərbaycan çempionatının yarımfinalında nokautla uduzub bürünc medalla kifayətlənsə də, o da yığmaya cəlb olunanlar arasındadır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
11:10 HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım. Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq”
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
21:11 Dünya üçüncüsü olan güləşçilərimiz Vətənə qayıtdılar - VİDEO “Biz Dünya Kubokunda əsas favoritlərdən sayılırdıq”. Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma komandanın məşqçiləri və
00:47 Millimiz Gürcüstanda keçirdiyi yoldaşlıq oyunlarının hamısında qalib gəlib Basketbol üzrə Azərbaycanın milli komandası Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində Gürcüstanda təlim-məşq toplanışı və bir neçə yoldaşlıq oyunu keçirib. Martın 2-də Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb. Oyun 88:79 hesabı ilə millimizin xeyrinə başa çatıb. Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az