t s

» » Baqaj üçün əlavə ödəniş istənildi, yolda qaldı - Avtobusda yükdaşıma qaydaları necədir? - VİDEO

Baqaj üçün əlavə ödəniş istənildi, yolda qaldı - Avtobusda yükdaşıma qaydaları necədir? - VİDEO

8-01-2019, 09:01 Yazar:  Gülnar Baxılıb: 64 Çap et
Baqaj üçün əlavə ödəniş istənildi, yolda qaldı - Avtobusda yükdaşıma qaydaları necədir? - VİDEO
Lənkərandan Bakıya gəlmək istəyən Balakən rayon sakini Nazlı Əbəçiyeva avtovağzalda düşdüyü vəziyyətdən narazı qalıb. Bilet aldıqdan sonra avtobus sürücüsü əlindəki yüklərə görə Nazlı Əbəçiyevadan əlavə ödəniş istəyib.


Xezerxeber.az-ın məlumatına görə, Nazlı Əbəçiyeva deyir ki, ödəniş edə bilmədiyinə görə paytaxta gələ bilməyib.


Bu məsələ avtobusla hərəkət zamanı yüklərin hansı tariflərlə daşınmasını gündəmə gətirir.


Məsələ ilə bağlı açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova qeyd edib ki, "Avtomobil nəqliyyati ilə sərnişin və baqaj daşınnması Qaydalari"na əsasən sərnişin özü ilə çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqi ödənilmədən aparmaq hüququna malikdir.


Müntəzəm avtobus marşrutlarında sərnişinin müəyyən edilmiş tariflər əsasında daşıma haqqını ödəməklə hər birinin çəkisi 60 kq-dan çox olmayan 2 ədəd baqajın baqaj bölmələrində, baqaj bölmələri olmadıqda isə avtobusun salonunda aparmasına icazə verilir. Baqaj bölmələrində əlavə yer olduqda, sərnisin daha çox sayda baqaj apara bilər. Ölçüləri və çəkisi göstərilən həddən artıq olan baqaj isə qəbul edilmir. Daşınmasına icazə verilən hər baqaj yeri üçün ödəniş mövcud tariflərə əsasən müəyyən edilir. Baqaj təhvil verilərkən baqaj qəbzində bu barədə qeyd olmalıdır.


Konkret tariflərə gəlincə isə, Nuridə Allahyarova vurğulayıb ki, avtobus marşrutlarında daşınan baqaj yüklərinin tarif qiymətləri müəssisə tərəfindən təsdiq edilmiş və ya müqavilə əsasinda razılaşdırılmış tariflərlə müəyyən olunur.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az