t s

» » Yevlaxda vətəndaş məmmuniyyəti diqqət mərkəzindədir

Yevlaxda vətəndaş məmmuniyyəti diqqət mərkəzindədir

7-01-2019, 17:43 Yazar:  Əsmər Baxılıb: 91 Çap et
Yevlaxda vətəndaş məmmuniyyəti diqqət mərkəzindədir
2019-cu il ilk iş həftəsində Yevlax rayonunun Hacımahmudlu kəndində vətəndaşlarla növbəti görüş keçirildi.
İstixəbər.info xəbər verir ki, görüşdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edirdilər. Qaramanlı kənd İnzibati Ərazi dairəsinə daxil olan Hacımahmudlu kənd əhalisi əsasən kənd təsərrüfatı əkinçiliklə məşğuldurlar. Yerli İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin və kənd sakinlərinin çıxışlarına əsasən 2018-ci il kənd əhalisi üçün olduqca məhsuldar, kənd təsərrüfatının inkişafı üçün olduqca səmərəli bir il olmuşdur. Xüsusilə pabıqçılğın məhsuldarlığı daha effektiv gözlənilən nəticəni vermişdir. 2019-cu ildə də kənd sakinləri və xırda fermer təsərrüfatı sahibləri daha perespektiv inkişaf planlarını bol məhsuldarlığı qarşıya məqsəd qoyublar. Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına verdiyi dövlət dəstəyindən olduqca faydalanan kənd sakinləri bu cür dəstəyə görə ölkə başçısına minnətdarlıqlarını ifadə etdirlər. Hacımahmudlu kəndi lazımi bütün infrastrukturla təmin olunmuşdur. Kənddə yeni məktəb binası inşa edilib əhalinin istifadəsinə verilmiş, kənd tam qazlaşdırılmış və davamlı elektik enerjisi ilə tam təmin olunur. Kəndi rayon mərkəzi ilə bağlayan əsas avtomobil yolu 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən inşa olunaraq asvaltlaşdırılmışdır. Görüş zamanı kənd sakinlərini narahat edən suvarma işləri lə bağlı bəzi xırda məslələr İcra başçsının göstərişi ilə yerindəcə həllini tapdı.
Sonda Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi. İcra başısı qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Hacımahmudlu kəndi şəhər mərkəzindən böyük məsafə uzaqlıqda yerləşsə də bir çox infrastrukurlarla tam təmin olunub, şəhərimizdə durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür. Bizim isə borcumuzdur ki cənab Prezidentin tapşırıqlarını vaxtında yerinə yetirərək sizlərə xidmət göstərək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az