t s

» » Obama: “Biz islamı korlayanlarla mübarizə aparırıq”

Obama: “Biz islamı korlayanlarla mübarizə aparırıq”

19-02-2015, 14:38 Yazar:  Alim Baxılıb: 638 Çap et
Obama: “Biz islamı korlayanlarla mübarizə aparırıq”ABŞ Prezidenti Barak Obama bəzi terror təşkilatlarının özlərini “islami dövlət”, “dinin müdafiəçisi” olaraq tanıtmasına işarə edərək maraqlı fikirlər səsləndirib. Mediaxeberleri.az axar.az-a istinadən xəbər verir ki, Prezident Obama özlərini dini lider adlandıranlar haqqında da fikir bildirib: “Onların ortaya atdığı terminləri əsla qəbul etməməliyik, çünki bunlar yalandır. Onlara istədiyi dini qanuniliyi verməməliyik. Onlar dini lider deyil, terroristdirlər. Biz də islamla mübarizə aparmırıq, islam dininin qaydalarını pozanlarla mübarizə aparırıq”. “Özlərini dini lider, islamın müqəddəs müdafiəçiləri olaraq göstərməyə çalışırlar. Buna görə özlərini “islami dövlət” elan edirlər və Amerika, ümumilikdə Qərbin islam ilə mübarizə apardığını təbliğ edirlər. Bununla özlərinə tərəfdaş yığırlar. Gəncləri radikallaşdırmağa çalışırlar”. “Terrorizmə görə heç kim məsuliyyət daşımır” Obama sözlərinə belə davam edib: “Terroristlər təbii ki, onların ideologiyalarını rədd edən bir milyard müsəlmanın adından danışa bilməzlər. Terrorizmə görə heç bir din məsuliyyət daşıya bilməz, terrorizmə və şiddətə görə insanlar günahkardır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:52 Prezident İlham Əliyev ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul etdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib. Mediaxeberleri.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkələrimiz
23:27 İslam dininin yaranması İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın YII əsrində meydana gəlmişdir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. Bundan başqa Hindistan əhalisinin 11%, Çinin 2%,
11:14 Elşad Miri: O aparıcı Allaha cavab verəcək – MÜSAHİBƏ “Mən də ona sual verərdim ki, vicdan nədir?” Mediaxeberleri.az ilahiyyatçı Elşad Mirinin müsahibəsini təqdim edir: -Bu yaxınlarda aparıcı Tunay Əliyeva ilə müsahibəm oldu. O, söylədi ki, Allaha və dinlərə inanmır (red.-T.Əlyeva: Allah islamdan öncə ərəblərin çoxtanrılı bir dövründə Ay allahının
22:43 Dəhşətli proqnoz düz çıxdı ABŞ prezidenti Barak Obamanın Krımda 3-cü dünya müharibəsinə balayacağı barədə proqnozlar hələ 7 il bundan əvvəl verilmişdi. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 2008-ci ildə Ukraynada təhlükəsizliklə bağlı "dəyirmi masa" keçirilmişdi. Həmin toplantıda rusiyalı politoloq
11:40 Bir daha İslam haqqında Endirilmiş din və Uydurulmuş din anlayışları ilə bağlı yazdığımız qısa bir status haqlı olaraq cəmiyyətin düşünən insanlarında müəyyən suallar doğurmuşdur. Xüsusilə də hörmətli Elçin Mirzəbəylinin ünvanımıza yönləndirdiyi sualları, ayrı-ayrı fərqli baxışları ifadə edən şərhlərin müəlliflərinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az