t s

» » Eşqin növləri barədə dinimizin nəzəri

Eşqin növləri barədə dinimizin nəzəri

7-01-2019, 14:05 Yazar:  Gülnar Baxılıb: 156 Çap et
Eşqin növləri barədə dinimizin nəzəri
Məhəbbətin son həddi eşq adlanır. Eşq elə bir psixoloji keyfiyyətdir ki, insanın bütün daxili istedadlarına müsbət təsir qoyur. İnsan eşq fenomeni ilə həyatının bütün sahələrini məşuquna bağlayır. Eşq insanın həyatının bütün dəyərlərini bəyan edə bilər.

Allah yolunun yolçusu da aşıqdır. Yəni Allahı tanımaq nəticəsində bu eşq və məhəbbət hasil olar. Ğəzzali bu fikirdədir ki, məhəbbət elm olmadan mümkün deyildir. İnsanın elmi hər nə qədər kamil olarsa, məhəbbəti də artar.

İmam Əlinin (ə) nəzərincə eşqin növləri.

1. Mənasız eşq. Bu nəfsani istəklərə qulluq edən bir eşqdir. Bu cür eşq zamanı İmam Əlinin (ə) buyurduğu kimi insanın dərki, düşüncəsi və kamal istəyi aradan gedər. Onu xəstə edər və psixoloji problemlər yaradar.

2. Mənalı eşq. İnsanın kamala və xeyir işlərə çatmaq üçün hiss etdiyi şiddətli eşq və məhəbbətdir. Mərifət, dostluq kimi. Fəzilətli əxlaq kamalın cilvələrindəndir.

3. Mənalı eşqin ən üstünü. Ariflərin dilində bu eşq həqiqi eşqdir. Bu eşqdə tək məşuq Allahdır. Bu kamalın ali səviyyəsidir. Bu eşq zamanı insanın bütün beyin və psixoloji qüvvələri çiçəklənər.


"Nəhcul-bəlağə" və eşq.

"Nəhcul-bəlağə"də eşqin mənfi tərəfləri haqqında danışılır. Həzrət (ə) onun ağıl gözünü kor edən və ağıl qulağını kar edən və qəlbləri kor edən kimi tanıtmışdır.

"Hər kim hansısa bir şeyi layiqsiz sevərsə, qəlbini xəstə etmişdir. Xəstə gözü ilə baxar, xəstə qulağı ilə eşidər. Nəfsin istəkləri ağlın pərdəsini deşər, dünyaya bağlılığı qəlbini öldürmüşdür. İxtiyarsız dünyanın vurğunu olmuşdur, onun qulu olmuşdur. Dünya hara dönsə, o, da ora dönər. Hər nə qədər xəbərdarlıq edilsə, yenə də Allahdan qorxmaz".

Həzrətin (ə) bu sözlərindən görmək olur ki, o, yuxarıdakı xütbəsində eşqin birinci növündən bəhs etmişdir. Çünki eşqin üçüncü növü nə gözləri kor edər və nə də qulağı kar, o, qəlbin və ağlın çiçəklənməsinə səbəb olar.

Eşqin ali dərəcəsi.

Ağıllı insan o kəsdir ki, öz dəyərini başa düşür. Bu cür insan sual altında ola biləcək hər bir şeydən uzaqdır və ona diqqət etməz. Aşiq olmaq üçün də bu eşqə layiq birini tapmaq lazımdır.

Dillərdə dastan olan eşq hekayələrinin axırı həmişə ya fəsadla, ya da ölümlə bitmişdir. Bunlar həqiqi eşq deyildir. Müvəqqəti həvəsdir ki, alovu qızışıb, ətrafındakıları və özünü külə döndərəndən sonra da sönür. Bəzən də nifrətə çevrilir.

Bəs kim ali eşqə layiqdir? Elə varlığa aşiq olmalısan ki, varlıq aləmində ondan alisi və ləyaqətlisini tapa bilməzsən. Bu elə varlıqdır ki, eşiq bitməz, sonsuzdur. Qalan məhəbbətlər də Ona görə və Ona xatirdir. Bu, İlahi eşqdir.

İkitərəfli eşq.

Allaha eşq bəsləmək birtərəfli olmaz. Əgər onu sevsən, əmin ol ki, Allah səni, səndən də çox istəyəcəkdir. Quranda da bu məsələyə işarə edilmişdir. Bütün eşqlərin qapısı Allaha olan sonsuz eşqlə açılar. O da bu eşqi ali formada bəndəsinə qaytarar.

Varlıq, eşq və məhəbbət.

Varlıq aləmində eşqin və məhəbbətin yeri əvəzsizdir. Bütün aləmi öz təsiri altına salmışdır. Ona görə də Allah İslam dinini məhəbbət üzərində qurmuşdur. Çünki ancaq məhəbbətlə qəlbləri fəth etmək olar.

Necə ki, İmam Əli (ə) buyurur: "Bu İslam - Allahın dinidir. Özünün ən yaxşı xəlq olmuşlarını bu dinə aid etdi. Bünövrəsini dostluqla möhkəmləndirdi".

Allah Təala bizlərə bu eşqdən daddırsın, inşəallah.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az