t s

» » Bu gün Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 25 il ötür.

Bu gün Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 25 il ötür.

6-01-2019, 10:00 Yazar:  Gülnar Baxılıb: 74 Çap et
Bu gün Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 25 il ötür.
Bu gün Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 25 il ötür.


1993-cü ilin dekabrından başlayaraq yanvarın 6-dək davam edən əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.

1993-cü il oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi ələ keçirmiş, bununla da Zəngilan rayonu ilə əlaqəni kəsmişdilər. Lakin həmin ilin dekabrında erməni silahlı dəstələri Füzuli şəhərinin şərq istiqamətində hərəkət etməyə cəhd göstərsələr də, güclü müqavimətlə qarşılaşıb geri çəkilməyə məcbur oldular. Bundan sonra Azərbaycan Ordusu üç istiqamətdə hücuma keçdi. Dekabrın 15-də Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə – Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər – hücuma keçdilər. Bu hücum erməniləri Ağdərənin bir sıra yaşayış məntəqələrini tərk etməyə məcbur etdi. Azərbaycan hissələrinin Horadizə əsas zərbələri Dağlıq Qarabağın cənub-şərqində, Beyləqan rayonundan gəlirdi. Hərbçilərimiz düşmənin müdafiəsini dağıdaraq top və raket zərbələri altında Füzuli rayonunun daxilinə irəliləməyə başladılar. 1994-cü il yanvarın əvvəlində hərbçilərimiz 11 qəsəbə və Azərbaycan-İran sərhədi boyunca 40 km uzunluğunda ərazini ələ keçirdilər.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada yanvarın 5-də bir gün ərzində qənimət kimi 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürdü. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkildi.

Yanvarın 6-da 702-ci alay düşmənin müqavimətini qıraraq qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsində yerləşən Horadizə daxil oldu, qəsəbəni, Horadiz dəmiryol stansiyasını və Araz çayı üzərində strateji Xudafərin körpülərini ələ keçirdi, Horadizə Azərbaycan bayrağını sancdı.

Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, ümumilikdə 21 min hekrat ərazi Azərbaycanın nəzarətinə keçdi.

Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat oldu. Əməliyyat zamanı misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az