t s

» » Azərbaycanın üç güləşçisi Hindistan Liqasında çıxış edəcək

Azərbaycanın üç güləşçisi Hindistan Liqasında çıxış edəcək

5-01-2019, 13:13 Yazar:  Nuhu Baxılıb: 57 Çap et
Azərbaycanın üç güləşçisi Hindistan Liqasında çıxış edəcəkAzərbaycanın sərbəst güləşçiləri yenidən Hindistanın Pro Güləş Liqasında (Pro Wrestling League) mübarizə aparacaq.

Mediaxeberleri.az
xəbər verir ki, yanvarın 14-də başlayacaq dördüncü belə turnirdə bu dəfə də Azərbaycanı üçqat dünya çempionumuz, Olimpiya mükafatçımız, sonuncu Avropa çempionatının qalibi Hacı Əliyev təmsil edəcək.

65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev bu dəfə ötən il çıxış etdiyi “Dehli Sultanları” komandasında yox, yeni yaradılmış “MP Yodha”nın heyətində mübarizə aparacaq. Bu komandada Azərbaycanın qadın güləş millisinin bolqarıstanlı üzvü Elise Manolova (-62 kq) da çıxış edəcək.

Bundan başqa, qadın millimizin daha bir üzvü Tatyana Omelçenko (-62 kq) da Hindistanda mübarizə aparacaq. Sonuncu Avropa çempionatının bürünc mükafatçısı olmuş ukraynalı legionerimiz “Haryana Hamers” komandasının heyətində yarışlara qatılacaq.

Qeyd edək ki, yanvarın 31-də başa çatacaq turnirdə altı komandanın (hər komandanın tərkibində doqquz güləşçi var – S.M.) iştirakı ilə 18 matç keçiriləcək. Qalib komandaya 19 milyon Hindistan rupisi (461 700 manat) və digər finalçıya 11 milyon rupi (267 300 manat) veriləcək.

Xatırladaq ki, ötən il bu yarışda Azərbaycanı Hacı Əliyevdən başqa, osetin legionerimiz Aslanbəy Alborov təmsil etmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az