MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 920
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('“Avropada məskunlaşmış bir qrup adam mütəşəkkil cinayətkar dəstəyə çevrilib” - Əliməmməd Nuriyev Avropada bəzi azərbaycanlı mühacirlərdən ibarət formalaşan “söyüş müxalifəti”nin fəaliyyəti dözülməz həddə çatıb. Azərbaycan dövlətinə rəhbərlik edən şəxsləri hədəfə olan bu insanlar konkret olaraq bəzi məmurları Avropanın hansı ölkəsində görsələr, öldürəcəkləri ilə hədələyirlər. Bunu sosial şəbəkələrdə etdikləri canlı yayımlarda açıq şəkildə bildirirlər.Artıq “söyüş müxalifəti” ilə bağlı ciddi addımlar atılmağa başlayıb. Son olaraq, Fransada məskunlaşan mühacir Vidadi İsgəndərliyə qarşı petisiyanın başladılması buna misaldır. Azərbaycan dövlətçiliyini gözdən salan bu müxalifətlə bağlı əlavə hansı tədbirlərin görülməsi ilə bağlı fərqli mövqelər var.Hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Təəssüf ki, Avropadakı ”söyüş müxalifəti\" günü-gündən fəaliyyətini genişləndirir. Təkcə ayrı-ayrı şəxsləri, onların ailələrini təhqir etmirlər, eyni zamanda terrora çağırışlar edirlər. Bunlar mahiyyət etibarı ilə cinayət xarakterli çağırışlardır. Azərbaycan və ayrı-ayrı ölkələrin milli qanunvericiliyində terrora çağırışlarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Hədə-qorxularla, ölüm hədələri ilə bağlı cinayət məsuliyyəti var. Bunları həyata keçirməyin yolları var. İlk növbədə, həmin şəxslərin bu cür çağırışlarını olduqları ölkələrin müvafiq orqanlarına təqdim etmək lazımdır. Çünki burada açıq çağırışlardan söhbət gedir. Artıq əminliklə demək olar ki, Avropada məskunlaşmış bir qrup adam mütəşəkkil cinayətkar dəstəyə çevrilib. Bunların arxasında duran qüvvələrin mövcudluğu heç kəsə sirr deyil. Onları təhrik edən qüvvələr var. Təəssüflər olsun ki, Azərbaycanın düşmənləri bəzi hallarda bu proseslərdə iştirak edərək, azərbaycanlılardan istifadə etməklə niyyətlərini həyata keçirməyə cəhd edirlər. Bununla həmin mühacir azərbaycanlıların Avropada qalmalarını təmin edirlər. Bu fəaliyyəti stimullaşdırmaq üçün maliyyə və digər yardımlar olunur. Bütün bunlarla bağlı Azərbaycan tərəfin görməli olduqları işlər kifayət qədər çoxdur. “Söyüş müxalifəti”nin üzvlərinin çağırışlarını screen-şot edib olduqları ölkələrin hüquq-mühafizə orqanlarına, səfirliklərinə təqdim etmək olar. Eyni zamanda, onların səs yazılarını təqdim etmək mümkündür. Bütün bunları tərcüməçilər vasitəsilə həyata keçirmək elə də çətin deyil. Dövlətlərarası hüquqi yardımlar da burada əsas rol oynaya bilər. Azərbaycan tərəfin hüquqi yardımlarla bağlı imzaladığı müqavilələr var ki, bunlardan istifadə etmək olar. Ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub. Bu konvensiyalar terrora çağırışı qəti şəkildə rədd edir və məsuliyyət nəzərdə tutur. Eyni zamanda dövlətləri bu işdə birgə fəaliyyətə təşviq edir. Həmin şəxslərin olduqları ölkələrdə necə yaşadıqları, hansı maliyyənin hesabına yaşadıqları ilə bağlı ciddi araşdırmalara ehtiyac var. Heç şübhəsiz ki, onların çirkli pullar hesabına yaşamaları ehtimalları daha yüksəkdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib, araşdırma aparmaq olar. Həmin mühacirlərin etnik qarşıdurmaya çağırışları da var. Bu və ya digər çağırışların hər biri üçün Avropa ölkələrinin qanunvericiliyində məsuliyyət nəzərdə tutur. İnternet üzərindən bu çağırışlar etməyin məsuliyyət daşıması yeni qanunvericiliklərdə nəzərdə tutulub. Azərbaycan tərəfi konkret yuxarıda qeyd etdiyim sübutları müvafiq yerlərə təqdim edib həmin şəxslərin cəzalandırılmalarına, yaxud ölkəmizə köçürülmələrinə nail ola bilər. Bütün mümkün kanalları işə salmaq lazımdır. Bu cür yollarla onların cinayətkar hərəkətlərinin qarşısını almaq mümkündür. Amma nəzərə almaq lazımdır ki, bu çox çətin bir prosesdir. Uzunmüddətli proses olduğu hər kəsə məlumdur. Onu da unutmaq olmaz ki, Azərbaycandan kənarda bir sıra mərkəzlər var ki, anti-Azərbaycan fəaliyyəti ilə məşğuldurlar. Həmin mərkəzlər “söyüş müxalifəti” ilə sinxronlaşdırılıb. Onların fəaliyyətinin əksər hissəsi o mərkəzlər tərəfindən maliyyələşdirilir\".Hüquqşünas “söyüş müxalifəti”nin fəaliyyətinin Azərbaycan üçün təhlükəli olmadığını düşünür: “Onlar, sadəcə, olaraq Azərbaycan dəyərlərinə, bütövlükdə ümumbəşəri dəyərlərə qarşı hücuma keçiblər. Bu dəyərlərin zədələnməsi prosesi gedir. Bunlar gələcəkdə xoşagəlməyən nəticələrə gətirib çıxara bilər. Bu barədə düşünmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu şəxslərin ailə üzvləri də var. Onların ailələri də bunların hərəkətlərinin qarşısını almağa çalışmalıdır. Mübarizəni sivil yolla aparmaq lazımdır. Əgər fərqli fikirlər varsa, bunu ölkə daxilində də həyata keçirmək mümkündür. Ölkəmizdə hazırda xeyli sayda şəxslər var ki, tamam fərqli fikirdədirlər. Onların ifadələri hətta daha sərtdir. Ölkələrindən rahat şəkildə çıxıb, sonra da geri qayıdırlar. Hətta burada bizneslərini belə qura bilirlər. Mətbuat və sosial şəbəkələrdə də açıq şəkildə fikirlərini ifadə edirlər. Ölkə daxilindən onlara dəstək verənlər də var. Hökumətə yaxın saytlarda çıxışlar belə edirlər. Onlar üçün tam olaraq azadlıqlar mövcuddur. Bu azadlıqlardan gen-bol istifadə edirlər. Müxtəlif yollarla ölkədən çıxanlarla bağlı bildiyiniz kimi cinayət işi başlanılıb. Onların saxta sənədlər düzəltdikləri, və bu yolla ölkədən çıxdıqları məlumdur. Həmin sənədləri haradan aldıqları, bu sənədləri onlara kimlərin təqdim etdiyi araşdırılır. Artıq bu istiqamətdəki faktlardan xəbərsiz olan qalmayıb. Vidadi İsgəndərlinin çağırışları birmənalı şəkildə cinayət xarakteri daşıyır. Bu çağırışlara görə dərhal cinayət işi qaldırılmalıdır. Biz indiyə qədər çox şahidi olmuşuq ki, mətbuat səhifələrində müxtəlif ölkələrin rəhbərlərinə qarşı təhdidlər yer alanda dərhal cinayət işi qaldırılıb. O insanlar üfunətlidirlər. Bu şəxslər öz ailələrinə, yaxınlarına belə ziddirlər. Onlara ləkə gətirirlər. Bütövlükdə millətin adına ləkədirlər. Mübarizə aparmaq istəyirsən, bunun qanuni yolları var. İstənilən halda narahatçılığa gərək görmürəm. Onların çağırışları virtual xarakter daşıyır. İnsanlar sabit şəraitdə yaşamağa üstünlük verirlər. Ölkəmizin müstəqilliyini qazanmaq üçün ağır yollardan keçmişik, indinin özündə də keçməkdəyik. Bu cür şəxslər bəlli fəaliyyətləri ilə ölkədə normal cəmiyyətin yaradılmasına mane olur, demokrat proseslərin sürətlənməsinə maneçilik yaradırlar. Bunlar ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının əllərində vasitədirlər. Yalançı vətənpərvərliklə nəyəsə nail olmaq mümkün deyil”. ') AND id != 27280 AND approve=1 AND date < '2019-06-25 08:17:35' LIMIT 5