t s

» » “Bir qala...”dan “Bir xala...”yacan

“Bir qala...”dan “Bir xala...”yacan

3-01-2019, 17:14 Yazar:  Ceyhun Baxılıb: 73 Çap et
“Bir qala...”dan “Bir xala...”yacan
CEYHUN MUSAOĞLU

Deyirlər, kinoteatrlarda göstəriblər. Adətən kütlənin zövqünə hesablanan filmlərə pul və vaxt xərcləmirəm.

Elə bu səbəbdən də kinoteatrda baxmadığım filmə televizorun qarşısında oturub tamaşa edəsi oldum. Məqsədim təftiş idi.

“Bozbaş Pikçers” komandasının ərsəyə gətirdiyi “Bir xalanın sirri” filmi başlayan kimi, nəinki azərbaycanlının, elə bütün xalqların xarakteri təhqir olunmağa başladı. Adam bacısını ərə verməyə oğlan tapıb və onu döyə-döyə evə gətirib bacısının üstünə atır. Kürəkənin başına açmadıqları oyun qalmır, o yazığı inəyin anus dəliyindən içəri salmağa qədər alçaldır, tamaşaçını da özləri ilə bərabər alçaldırlar.

Sonra meşədə azırlar, sonra bir ağsaqqal onlara gecələməyə yer verir, sonra həmin nurani simalı kişini “Hacı dayı” adıyla tərbiyəsizlik aşılayan lətifənin qurbanı kimi yedizdirməyə çalışırlar. Hələ üstəlik o nuranini Şəki ləhcəsində danışdırılar. Sonra kişi onlara “peçinizə odun atım?” deyə müraciət edir... Vəssalam, gədələr evdən qaçırlar. Tamaşaçıya da hərəkətləri ilə belə deyirlər: “qorxduq Hacı dayı bizi zorlayar”.

Bilirəm, bu yanaşmama aktyor heyəti cavab tapacaq. “Axı biz belə ifadə işlətməmişik, sizin gəldiyiniz qənaətdir”. Əzizlərim, başqa qənaətə gəlməyə yol qoymursunuz axı. Mənim yaşıdlarım o lətifələri eşidəndə və danışanda yəqin doğulmamışdınız. Ancaq biz elə vulqar ifadələrlə zəngin lətifələri 3-4 oğlanın arasında danışardıq, hətta yanımızdan bir başqası keçəndə - fərq etməz, qız, ya oğlan, anındaca susardıq. Siz icazəsiz evimizə daxil olur, ağzınıza nə gəldi danışır, hətta özünüzə haqq qazandırırsınız”.

Hələ harasıdır... Filmdə gədələr bara gedirlər, narkotik dərmanlar qəbul edirlər, oteldə gecələyib, oraları dağıdırlar, ayılanda biri guya hamilə qalır, birinin arxası şişir. Başlayırlar bir-birinə lağ etməyə. Dünyanın ən nəcib işini görən, həmin anda Allahla eyniləşən hamilə qadınları bu dərəcədə təhqir bəlkə də Ginnesə düşə bilər. Hələ arxası yekələn kişiyə vurduqları eyhamlar... Çox iyrəncdir.

Kanalı dəyişdim, hara çevirdimsə, gözlərimin qarşından ilan-çayan çəkilmədi. Görün bu “xalalar” mən yaşda adamın psixologiyasına necə təsir göstəriblər. ORT-də oxuyan Vaenqa kimi nəhəng müğənni də gözümdə filmdəki “bacı” obrazına çevrildi.

Filmin aktyor heyətinin hər bir üzvündə istedad var. Sadəcə, çox kasaddırlar: mütaliələri yoxdur, filmlərə, tamaşalara baxmırlar, həyatın ancaq pul üzərində bərqərar olduğunu düşünürlər, öz övladlarının böyüdüyü cəmiyyəti zibilxanaya çevirməklə məşğul olduqlarının fərqinə varmırlar.

Yaponiyada mədəniyyət sahəsində senzura var. Bizdə olmasın, istəmirik. Bəs içimizdəki senzoru niyə söndürmüşük? “Bozbaş”ın bütün filmlərinin süjeti vulqarlıqla müşayiət olunur. Bir sorğu aparsınlar: bu söyüşləri bəyənən heç olmasa bir nəfər belə varmı? Yoxdur, ola bilməz. Bəs niyə baxırıq, bəs niyə gülürük? Cavabı sadədir: hər yerdə şou-biznes deyib, sizi göyə qaldırırlar. Bizim dildə danışırsınız, doğmasınız. Sizi qoyub, əcnəbiyə meyl etmək çətindir. Siz də bu reallıqdan sui-istifadə etməyin. Yazın, çəkin, ancaq xüsusən mətni ağıllı adamlara redaktəyə verin.

“Bir xalanın sirri”ni elə gözəl redaktə edərdim ki, tamaşaçı sizi bağrına basardı. “Yol əhvalatı” filmində dahi Yaşar Nuri bircə “pereriv” sözü ilə bütün ölkəni sağlam gülüşə qərq etdi. Yerində, zamanında, yüksək koloritlə demişdi.

Sizin filmlərə baxanda elə bilirəm, kino sənətində yeni janr yaranıb. Adı da “alabaşına kül başına”. Tarixə bu adla düşməkdən çəkinin. Tarix Allah kimidir, qiyməti dəqiq olur.

“Bir qalanın sirri” o vaxt “Bir xalanın sirri” olur ki, həkim babaları eşitmirsiniz, kitabları oxumursunuz, bu səbəbdən kəmər belinizdə durmur...

P.S. Dostlara yazacağımı demişdim. Hansı detalları tənqid edəcəyimi də söyləmişdim. Yazını hazırlayanda telefon açıb, elə nüansları xatırlatdılar ki, əvvəl düşündüm ayıbdır, qələmimi belə çirkaba batırmayım, sonra bəlkə oxuyub özləri utandılar deyə, P.S.-ə əlavə etdim.

İki qəhrəman dağıdılmış otel otağının piştaxtasında oturublar. Biri o birinə uşağının şəklini göstərir. Cavabında “bu uşaq sənə oxşamır, qapqaradır” fikrini eşidir. Ardınca “ata” ikinci fotonu çıxarıb, şəkildəki qadının yoldaşı olduğunu, onun yanında özünün və qaradərili birinin dayandığını fəxrlə göstərir. Ardından ailəvi olaraq otellərin birində dincələrkən bu qara gədənin onların başına dolandığını minnətdarlıq hissi ilə diqqətə çatdırır. Uşaq qara, fırfıra qara... Üzünüzə qara yaxılsın, nənəm demiş.

Filmin əvvəlində qəhrəmanlardan biri təyyarədən düşür - ABŞ polisinin geyimində, böyrü-başı da dubinka, şallaq. Ssenari müəllifi bu gədənin pornoulduz olduğunu, pulları da orada qazandığını, homoseksual rola çəkildiyini min hoqqalarla tamaşaçıya təlqin edir.

Bircə ortada qəsd olmasın, heyətin anlamazlığına son qoymaq mümkündür.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az