t s

» » Asif Ata: "SAZÇILIĞIMIZ – TANRIÇILIĞIMIZ"

Asif Ata: "SAZÇILIĞIMIZ – TANRIÇILIĞIMIZ"

17-04-2015, 23:50 Yazar:  Aygün Baxılıb: 551 Çap et
Asif Ata:  "SAZÇILIĞIMIZ – TANRIÇILIĞIMIZ"1. Göy Yolu
Türklərin Tanrısı Göy idi.
Ucalıq Tanıyırdılar, Ucalığa Tapınırdılar Türklər.
Saz – Türkün Göy Yoluydu. Türk Sazında Göylə Birləşirdi – Bir olurdu.
2. «Ruhani»
Türk Tanrısını Oxşayırdı, Tanrısının başına dolanırdı.
Tanrı Türkün həm Babasıydı, həm Balasıydı.
Tanrısını əzizləyirdi Türk.
Əzizlədikcə, oxşadıqca həsrəti artırdı, heyrəti artırdı, – alışırdı, yanırdı.
Alışdıqca, yandıqca Tanrıya çatmaq qətiyyəti artırdı.
Ehtiras Ehtizazlaşırdı.
Ruh Rəqs eləyirdi və Uçurdu.
Tanrısına çatırdı və Alovlanırdı.
3. «Yanıq Kərəm»
Türk aramsız Tanrı Oduna Yanırdı.
Sinəsində Od közərirdi.
Həsrətdə, heyrətdə qovrulurdu.
Əzab işığına Qərq olurdu.
Yanar İşıq olurdu – Yana-yana qalırdı.
4. «Cəlili»
Havalanırdı Türk Ucalıq Şövqündən.
Sitəmlə birləşirdi Şövq.
Sitəmli Şövq yaranırdı hava-hava dalğalanan.
Ruhun Təlatümü başlayırdı – Yanğılı, Ağrılı.
Yanğılı Şövq yaranırdı, Yanğın Şövqü yaranırdı – havalanan.
5. «Misri»
Dəyanət gərək olurdu Tanrıçıya.
Qətiyyət Tələb olunurdu.
Oxşama səslənirdi Dəyanətdə.
Nəvaziş səslənirdi, Zəriflik səslənirdi Möhtəşəmlikdə.
Yanğılı, Ağrılı Dəyanət yaranırdı.
Qılınc şaqqıltısı səslənirdi Dəyanətdə, həm də ləlimək.
İstəkliyə çatmaq dəyanəti səslənirdi Yanğılı, Ağrılı.
Yanğı Dəyanəti yaranırdı.
Oxşama Dəyanəti yaranırdı.
Zəriflik Dəyanəti yaranırdı.
Dəyanət alışıb-yanırdı.
6. «Qaraçı»
Göy cəzbinə çağırılır Türk; – Göy cəzbinə çağırır.
Çağırıldıqca çağırır.
Qətiyyətlə çağırılır, çağırır.
Aramsız çağırılır, çağırır.
Yandıra-yandıra çağırılır, çağırır.
Yanğıya çağırılır, çağırır.
Ağrıya çağırılır, çağırır.
Yanğı çağırır.
Ağrı çağırır.
7. Saz – Zərdüştçülük
Göy – İşıq məskənidir. Sazın Tanrısı – Göydür.
Zərdüştlə Qohumdur Saz – Hürmüzd İşığına Təndir.
Yana-yana, Yandıra-yandıra İşıqlandırır.
8. Saz – Xürrəmdinlik
Sazın Göy adlı Fərəhi var – Ağrılı, Yanğılı.
Ucalıq adlı Fərəhi var – Ağrılı, Yanğılı.
Saz – Ülvi Fərəh Yoludur – Ağrılı, Yanğılı; – Fərəhə gedən yoldur;
Fərəhli Yanmaqdır; – Dəyanət İşığıdır, – Fərəhidir.
9. Saz – Qorqudluq
Tanrıya çatmaq – Müdriklikdir.
Saz Tanrıya çatır.
Saz – Od Ruhludur; Qorqud – Od Ruhlu deməkdir,
Qorqud – Ozandır; Göylə – Ucalıqla Təmasdır.
10. Saz – Hürufilik
İnsan – Allahdır, çünki İnsan Ucalığa çata bilir; Göyləşə, İşıqlaşa bilir.
Tanrıya çatanın – Tanrılığı özündədir. Tanrıya çatmaq özünə çatmaqdır.
11. Saz – Füzulilik
Saz – Eşq İşığıdır. Saz və Füzulilik eyni Ahəng üstə köklənib.
Hər ikisi Göy Heyrətlisi, Göy həsrətlisidir.
12. Saz – Muğam
Muğam – İlahiliyə qovuşmaq Yoludur; – Saz – Tanrıya qovuşmaq Yolu…
Mahiyyət – Birdir.
Hər ikisi – Ehtizazlıdır; Ağrılıdır, Yanğılıdır; – Hər ikisində İnsan Göyləşir.
13. Göylük Səsi
Sazda Türk Tanrıçılığı səslənir; Xurafatdan uzaq, Cəfəngiyyatdan uzaq – Ülvi, Atəşin, Göylü.
3 Çiçək Ayı, 15-ci il. Bakı.
(aprel, 1993).




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:31 Ölən sərnişinlərin 39-ü türk çıxdı Fransanın cənubunda qəzaya düşən təyyarədə sərnişinlərin 39 nəfərinin türk olduğu iddia olunur. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsindəki sərnişinlərdən 39 nəfəri türk soyadlı olub. Hələlik isə həmin sərnişinlərin vətəndaşlığı və şəxsiyyətləri barədə heç
17:56 Asif Ata: "NOVRUZLUĞUMUZ" (Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız.
16:44 Taner Yıldız: Bizə TANAP da lazımdır, “Türk axını” da “Heç bir rəqabətdən söhbət gedə bilməz”. Ankara TANAP və “Türk axını” qaz kəmərləri arasında rəqabət görmür. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız cümə günü keçirdiyi mətbuat konfransında bildirib. “Türkiyə İran,
16:10 ASIF ATA. MÜTLƏQ FƏLSƏFƏSİ (“OLAN VƏ OLMAYAN” KITABINDAN) Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır. İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil. Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür.
21:21 "Mançester Yunayted" türk futbolçunu istəyir İngiltərənin "Mançester Yunayted" klubu İlkay Gündoğana görə Dortmund "Borussiya"sına 20 milyon funt sterlinq təklif edib. Mediaxeberleri.az xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərə Premyer Liqasında oynamaq istəyini gizlətmir. Daha öncə MY alman klubuna 16 milyon təklif etmişdi. İlkayın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az