t s

» » Daşkəsənin icra başçısı Əhəd Abiyevə qarşı görünməmiş ittiham - VİDEOFAKT

Daşkəsənin icra başçısı Əhəd Abiyevə qarşı görünməmiş ittiham - VİDEOFAKT

17-04-2015, 20:01 Yazar:  Aygün Baxılıb: 344 Çap et
Daşkəsənin icra başçısı Əhəd Abiyevə qarşı görünməmiş ittiham - VİDEOFAKT…Söhbətə ondan başlayaq ki, son bir ayda dolların kursunun kəskin dəyişməsi fonunda ölkəmizdə ərzaq məhsullarının qiyməti manat məzənnəsi ilə bahalaşıb. Və bahalaşma davam edir… Bu isə o deməkdir ki, manat infilyasiyaya uğramaqdadır…

Nəticə isə belədir ki, Azərbaycan fermerlərinin məsuliyyəti ikiqat artmış oldu. O mənada ki, indi fermerlərə maya dəyəri aşağı salmaqla daha ucuz və bol məhsul istehsal etmək, torpaqdan səmərəli istifadə edib vəziyyətdən çıxmaq lazımdır ki, daxili bazarlarda məhsulların qiyməti aşağı düşsün, artmasın.
Ən vacibi, daxili-yerli məhsul bol və ucuz olarsa, xaricdən geni dəyişdirilmiş məhsullar ölkəmizə, xüsusən də Avropa oyunları ərəfəsində, Azərbaycana ayaq açmasın… Ölkə Prezidentinin dünən aqrar sahəyə ayrılan birdəfəlik yardımın 25 faiz artırılması barədə tarixi sərəncamı isə, zənnimizcə, lap yerinə düşüb. Amma təəssüflər olsun ki, yerlərdə bəzi məmurlar bu strateji məsələyə şəxsi pirizmalarından yanaşırlar… Elə Daşkəsən rayonunda olduğu kimi…

Bəs Daşkəsənli fermer Akif Rzayevə qan uduran məmurlar kimlərdir?

Neçə gün əvvəl «Təzadlar»a zəng edən, Azərbaycanda ilk fermerlərdən olan, mərhum Prezident Heydər Əliyevin dostu kimi tanınan Akif Rzayev qan donduran şikayətini bizimlə bölüşdü. Sən demə, dövlətin daxili bazara hesablanmış aqrar siyasətinə Daşkəsən rayonunda badalaq vuran, Prezidentin iradəsinin ziddinə açıq-aşkar meydan oxuyan məmurlar var. Bəs onlar kimlərdir?
Heç bir şərh vermədən fermer Akif Rzayevin əməkdaşımıza verdiyi video və audio müsahibəsini hələlik qısaca təqdim edirik:
-Akif kişi, probleminiz nədən ibarətdir? Buyurun…
-Mənim şikayətim əvvəlcə Daşkəsən rayon torpaq şöbəsinin müdiri, heç bir qanunu tanımayan Şahbaz Mehdiyevdəndir… Mən Daşkəsən rayonunda Azərbaycanın ilk fermeriyəm. İlk ixtisaslaşmış fermer təsərrüfatını mən yaratmışam. Ailəlikcə YAP-ın üzvü olaraq Prezident seçkilərində yüzlərlə qurbanlar kəsmişəm və dövlətimə sadiq, zəhmətkeş adamam. Bunu sübut edən foto və videolar da var. Daşkəsənin icra başçısı Əhəd Abıyev də bunları bilir, bir yerdə şəkillərimiz var… Mənim bütün təminatlarım rəhmətlik Heydər Əliyevin göstərişi ilə olub, onun diqqətində olmuşam. 25 aprel 2002-ci ildə görüşündə olmuşam. Respublikanın ilk fermeri kimi, mənim yaylağım Daşkəsəndə, Qışlağım isə Goranboy rayonundadır… 2-3 min hektar qışlaq torpaq sahəm var… Amma 2012, 2013 və 2014-cü ildə mənim başıma bəlalar gətirilib. Daşkəsən rayonunun torpaq şöbəsinin müdiri var, Şahbaz Mehdiyev tərəfindən…
-Şahbaz Mehdiyev sizdən nə istəyir?
-Deyim. O, bir nömrəli korrupsionerdir, alverçidir… Tək mən deyiləm, bütün millətin başına oyun açıb… Sonuncu mən qalmışdım, keçən il mənim qanuni sənədli-sübutlu yerimi parçalayıb böldü, dedi ki, bir hissəsini camaata verirəm… Yalandan… Ondan bir il əvvəl də yalandan camaatı mənim üstümə qaldırdı. Mənə dedi ki, bir yerdə gedək həmin əraziyə, kəndə. Sən demə, öyrətdiyi bir qrup adama deyib ki, onu gətirdəcəm, öldürün… Kənd camaatı da iclas edərək bir ağızdan deyiblər ki, bu yer dədə-babadan Akifindir, nə problem ola bilər… Mən isə Şahbazın adamlarına dedim ki, bura bir nömrəli dövlət sahəsidir, mənim yarama toxunmayın, mən dövlətə və xalqa qulluq edən sadə, zəhmətkeş adamam… Özləri qəsdən məni apardılar ora. Polisin rəisi, başçı dedilər ki, get ora, dedim ki, mən niyə ora gedim, sənəd-sübutla dövlət səviyyəsində mənim yerimdir, mən niyə qoca arvadlarla ağız-ağıza verməliyəm? Nəhayət, Şahbaz Mehdiyev məni dost kimi apardı ora. Qurulmuş senari imiş, ora gedən kimi öyrədilmiş adamlar töküldülər üstümə. Bütün kəndi tökdülər üstümə, məni döydülər, təhqir etdilər… Polisin gözü qarşısında, Şahbazın gözünün qabağında. Daşa basdılar… Ekspertdən rəy aldım, şikayət verdim prokurora. Nə prokuror baxdı, nə də polis. Sənədləşdirildi, prokuror Elman Süleymanov bu işin dalına keçdi. Sonra dedilər ki, kənd davasıdır, belə eləmə… Axı onlar məni məcbur apardılar, mən getməmişdim, indi niyə bu işin təşkilatçısı barədə tədbir görülmür? Polis rəisi, başçı getmirdi, məni niyə aparıb bu hala saldılar, döydürüb təhqir etdirdilər?
-Siz bu barədə Daşkəsən RİH başçısı Əhəd Abıyevə müraciət edib onunla görüşmüsünüzmü?
-Ona çoxsaylı ərizələrim verilib. Əhəd Əbiyev Prezidentin aqrar sahəyə misilsiz diqqət və qayğısına sayğısızlıq göstərərək dövlət başçısının siyasətinə balta çalır, mənim 3 min başdan çox qoyun-quzumun otlaq sahələrini hissə-hissə bölüb fırıldaqçılara satdı… Hətta başıma gələnləri rəis də, prokuror da bilir. Prokuror Elman Süleymanov bu işi bağladı, məni kimsə ilə üzləşdirmədən, ortada ekspert rəyi ola-ola işi bağladı. Məni qəfil vuran 5-6 adamın birini də çağırıb dindirmədi. Prokuror Şahbaz Mehdiyevlə birləşib mənə qarşı tələ qurublar… Qoy Baş Prokuror Zakir Qaralov bilsin ki, açıq deyə bilərəm, Daşkəsənin prokuroru Elman Süleymanov mən fermeri döyənləri çağırıb yolub buraxdı, mənə də dedi ki, ağsaqqal adamsan, kənd davasıdır, keç… Polis şöbəsinə zəng edin, bütün cinayət işinin materialları ordadır, sizə deyəcəklər ki, bəli, prokuror Elman Süleymanovun göstərişi ilə işi bağlamışıq…
***
Tanınmış fermer prezident İlham Əliyevə müraciətində onu da bildirdi ki, «Mənim 3500 baş mal-qaram, qoyun-quzum var, amma rayonun İcra Başçısı Əhəd Əbıyev, torpaq şöbəsinin müdri Şahbaz Mehdiyev otlaq sahəmi ayrı-ayrı adamlara satıb məni quru yurdda qoymaq istəyirlər. Belə çıxır ki, Azərbaycana yerli ət-süd lazım deyil, təki Əhəd Abıyevin, prokuror Elman Süleymanovun, Şahbaz Mehdiyevin… cibi dolsun! Yazın, qoy cənab Prezidentimiz İlham Əliyev bilsin ki, Daşkəsəndə biz fermerlərin halal işinə haram qatanlar kimlərdir… Mən sabah Bakıya gəlirəm, «Təzadlar»ın saytı vasitəsilə Prezidentə müraciət qəbul edəcəyəm. Deyəcəyəm ki, cənab prezident, bizə başqa şey lazım deyil, sadəcə, biz Daşkəsənli fermerləri Əhəd Əbiyevdən qoruyun, qalan problemləri dövlətimiz naminə özümüz həll edəcəyik!».

Əhəd Abiyev söz verdi, amma…

Daha geniş müsahibə çapa hazırlanır. Bizi izləyin! Onu da qeyd edək ki, bu qalmaqallı məsələ ilə bağlı rayon prokuroru, torpaq şöbəsinin müdiri, Daşkəsən RİH başçısı Əhəd Abiyevlə, onun 1-ci müavini ilə dəfələrlə danışmışıq ki, rəsmi mövqe bildirin. Nəhayət, Əhəd Əbiyev bizə bildirdi ki, «…Bakıya gəlirəm, rəsmən sizə açıqlama verəcəyəm, şikayətçi Akif Rzayev dələduzdur, cinayətkardır, oğlu həbsdədir…» və s. Biz də Əhəd müəllimə izah etdik ki, axı onun oğlunun həbsdə olmasının Prezidentin aqrar sahəyə diqqət göstərməsi fonunda sahibkarın torpaq sahələrinin əlindən alınıb başqalarına satılmasına nə aidiyyəti var? Cənab Ə.Əbiyev dedi ki, Bakıya gəlirəm, müsahibəmdə hamısını açıqlayacağam… Amma son bir həftə ərzində Ə.Abiyevə təxminən 30 dəfə zəng etmişik, bir neçə dəfə zəngimizə cavab verib və gah deyib ki, Bakıda idim, təzədən geri qayıtdım, iki günə gəlirəm, özüm zəng edəcəyəm… Gah da deyib ki, Bakıdayam, sabah sizə zəng edəcəyəm və sair… Bir sözlə, hələki Ə.Abiyevlə görüşümüz, daha doğrusu, onun bizimlə görüşü baş tutmur. Deməli, qarşı tərəfin deməyə sözü yoxdur… Sözü varsa, buyursun, istənilən vaxt əsaslandırılmış müsahibəsini dərc etməyə hazırıq.
«Təzadlar»ın Araşdırma Qrupu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:24 Ağcabədi polisi və prokurorluğunda özbaşnalıq - İDDİA Laçın rayonu Ağbulaq kənd sakini, hazırda Ağcabədi rayonu Taxtakörpü adlanan ərazidə qaçqın və məcburi köçkünlər üçün tikilmiş qəsəbədə yaşayan, Qafar Hümbətov şikayət ərizəsi ilə Cumhuriyyət.az-a müraciət etmişdir. Onun şikayətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq: “Yazıb bildirmək
10:14 Lənkəran sakini bələdiyyə sədrinin əlindən özünü yandıracağını deyir Lənkəran sakini prezidentdən kömək istəyir; “30 ildir istifadəmizdə olan torpaq sahəsini kənd bələdiyyəsi əlimizdən alıb başqa adama satır” Lənkəran şəhər Digah kənd sakini Məryəm Həşimova prezident İlham Əliyevə, birinci ledi Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, baş prokuror
09:30 "KapitalBank" öz əmanətçisinin başına necə oyun açıb? - Bankın rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalıdır? Saytımızda tez-tez bank hesablarındakı maxinasiyalarla bağlı yazılar dərc olunur. Ancaq təəssüf ki, bu, maxinasiyaların azalmasına gətirmir. Bugünlərdə Qafqaz Xəbər Agentliyinə Balakən rayon sakini Ziyavəddin Mehdiyevin məktubu daxil olub. O, yazır ki: “ 2010-cu ildə “Kapital Bank”-ın Balakən
09:25 2-ci qrup hərbi əlil olan Qazax sakini özünü öldürmə həddinə çatdığını deyir… - “Az qalıb ki, özümə qəsd edim” Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, istefada olan gizir Mürşüdov Tural Müştab oğlu prezident İlham Əliyevə və bir sıra dövlətqurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb. Mediaxeberleri.az bildirir ki, bu, artıq şikayətçinin 10-cu belə müraciətidir. Amma hələ də
14:47 2 icra başçısından PA-ya şikayət olundu - Yarım milyonunu itirən sahibkarı kimlər aldadıb Qəzetimizin 28-31 yanvar və 05-10-12 fevral 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az