t s

» » Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans keçirilir

Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans keçirilir

19-02-2015, 14:17 Yazar:  Məmməd Məmmədov Baxılıb: 761 Çap et
Bakıda İslam maliyyəsi sisteminə həsr olunan konfrans keçirilir Bu gün Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfrans keçirilir.

Mediaxeberleri.az xəbər verir ki, tədbir İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə İqtisadi Araşdırmalar Mərkəzi (İKAME) tərəfindən təşkil olunub.

Tədbiri keçirməkdə məqsəd İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, investorları bir araya gətirərək mövzu ətrafında müzakirələr aparmaqdır.

Beynəlxalq konfransda AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Milli Məclisin üzvləri Şəmsəddin Hacıyev, Ziyad Səmədzadə, Vahid Əhmədov, Əli Məsimli və digər tanınmış simalar iştirak edəcəklər.

“İslam maliyyəsi bu gün 1,3 trilyon dollar həcmində dövriyyəyə malik olub dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatları tərəfindən idarə olunur”- deyə, tədbirdə deyilib.

Mütəxəssislər bildirir ki, Azərbaycanda isə artıq 7-dən çox bank, lizinq, mikrokredit təşkilatı tərəfindən İslam maliyyəsi üzrə işlər aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:30 Millimiz İrana qalib gəldi İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə Dünya Kubokuna start verilib. Mediaxeberleri.az xəbər verir ki, report-un məlumatına görə, A qrupunda yer alan Azərbaycan milli komandası ilk görüşündə İran yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin böyük hesablı qələbəsi ilə
23:27 İslam dininin yaranması İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın YII əsrində meydana gəlmişdir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. Bundan başqa Hindistan əhalisinin 11%, Çinin 2%,
22:48 Elman Rüstəmov: Ərzaqların qiyməti bahalaşmayacaq “Banklara göstəriş vermişik ki, əmanətçilərə hər bir şərait yaratsınlar”. Çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. Buna görə də, Azərbaycana inflyasiya idxalını gözləmirik. Ərzaqların qiyməti bahalaşmayacaq –
15:11 Şeyx Azərbaycandakı məzhəb ayrılığından danışdı Dini Qurumlar üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə deyib: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var, əsasən isə İslam dininin şiə və sünni
11:21 Ukrayna hökumətində azərbaycanlı Nazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi. Ukrayna Nazirlər Kabineti “İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib. Mediaxeberleri.az

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az