t s

» » Azərbaycanlı aktrisa “erməni soyqırım”na aid filmə çəkildi

Azərbaycanlı aktrisa “erməni soyqırım”na aid filmə çəkildi

17-04-2015, 14:22 Yazar:  Alim Baxılıb: 562 Çap et
Azərbaycanlı aktrisa “erməni soyqırım”na aid filmə çəkildi “Yaşaya bilmədiyimiz həyat”.

Rusiyanın Azərbaycan mənşəli teatr və kino aktrisası Səbinə Əhmədova uydurma “erməni soyqırımı”nı təbliğ edən və Moskva erməni diasporunun maliyyələşdirdiyi “Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filminə çəkilib.

mediaxeberleri.az Modern.az-a istinadən xəbər verir ki, Rusiya ermənilərinin “ArmeniaFutura” layihəsi çərçivəsində çəkilən filmdə hadisələr İstanbul və Sankt-Peterburqda cərəyan edir. Filmin birinci hissəsində Səbinə Əhmədovanın da canlandırdığı erməni ailəsinin 1915-ci ildə İstanbuldakı həyatı, 2-ci hissədə isə onun “soyqırımı”ndan sağ qalan qızınının Sankt-Peterbuqdakı həyatı təsvir olunur.

Filmin ideya müəllifi Emil Arzanqulyan, ssenaristi Narine Aqabalyan və quruluşçu rejissoru isə Aleksandr Sabadır.

“Erməni soyqırımı”nı təbliğ edən filmdə çəkilən Səbinə Gülbəlay qızı Əhmədova 1981-ci il sentyabrın 23-də Bakıda anadan olub. O, Rusiyada böyük auditoriya toplayan “Klub” serialında, “Böyük şəhərdə sevgi”, “Olimpius İnferno”, “8 ilk görüş” filmlərində çəkilib. Son illərdə isə Səbinə Əhmədova Hollivud filmlərində də rol almağa başlayıb. O, ABŞ-da çəkilən “Mavi arzu”, “Kişilər yalan danışmır” filmlərində və “Sibir” teleserialında oynayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:16 Putin qondarma “erməni soyqırımı”na gedir “Putin və Olland eyni vaxtda İrəvanda olacaqlar”. Rusiya və Fransanın prezidentləri Vladimir Putin və Fransua Olland İrəvanda 23-24 aprel tarixində “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində görüşə bilərlər. mediaxeberleri.az TASS-a istinadla xəbər verir ki, bu barədə
16:19 Davudoğlu “erməni soyqırımı”nı dəstəkləyən müşaviri işdən qovdu “Hazırda ölkə xaricində işlərimi davam etdirirəm”. Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli baş müşaviri Etyen Mahçupyan tutduğu vəzifədən azad edilib. mediaxeberleri.az “Hurriyet”ə istinadən xəbər verir ki, Mahçupyanın bildirdiyinə görə, onu yaş həddinə görə işdən kənarlaşdırıblar.
08:26 Ermənilərin iç üzü açılacaq - “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” adlı konfrans keçiriləcək Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçirəcək. Konfransın keçirilməsinin əsas məqsədi ermənilərin əzəli Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin dünya
21:20 Azərbaycanda +16 kino çəkildi (VİDEO) Yataq səhnələrində dublyorlar çəkilib Azərbaycanda +16 kino çəkilib. "Arzuların ardınca" adlanan tammetrajlı film kinosevərlərə aprel ayında təqdim olunacaq. Filmin ssenari müəllifi Mehman Rəsulov, quruluşçu rejissoru Ramil Ağasiyev, operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssam Elgün Vəliyev,
09:07 Norveçin baş naziri uydurma "erməni soyqırımı" tədbirinə qatılmayacaq Norveçin baş naziri Erna Solberq uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Ermənistanda təşkil olunacaq mərasimə qatılmayacağını açıqlayıb. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, E. Solberq Türkiyə ilə münasibətlərin daha önəmli olduğunu deyib. O, Norveç xarici işlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az