t s

» » Heyvanın bilmədiyimiz faydaları

Heyvanın bilmədiyimiz faydaları

25-12-2018, 08:04 Yazar:  Gülnar Baxılıb: 145 Çap et
Heyvanın bilmədiyimiz faydaları
Ürəkaçan xoş ətri və turşməzə dadı ilə payız mövsümünün ən çox sevilən meyvələrindən olan heyva, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əvəzsiz vasitədir. Heyva meyvələri daha çox emal olunmuş şəkildə istifadə edilsə də, bu meyvədə olan pektin və dabbaq maddələri onun müalicəvi əhəmiyyətini müəyyənləşdirən əsas göstəricilərdir.

Milli.Az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində heyvanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, heyva meyvəsində şəkər, turşular, pentozalar, dabbaq maddələri, pektin və protopektin, müxtəlif vitaminlər var. Meyvələrdə olan mineral maddələr (K, Na, Ca, Mq, Te, P, S, Si) 0,51 faiz təşkil edir. 100 qram meyvə 40 kilokalori verməklə qida dəyəri 0,6 qram zülal, 0,5 qram yağlar, 9,6 qram karbohidratlar, 0,8 qram kül elementləri, 84 qram su ilə müəyyənləşir.

İnsanların heyvadan müalicə vasitəsi kimi çox qədimdən məşğul olduqlarını deyən alim qeyd edib ki, hazırda bir sıra ölkələrin xalq təbabətində təzə, suda bişirilmiş heyva və onun həlimi bir çox xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunur.

Alim deyib ki, heyva soyuqdəyməyə, qanaxmaya qarşı yaxşı müalicə vasitəsidir. O, büzüşdürücülük, ümumi möhkəmlik yaratmaq, ödqovucu, sidikqovucu, qankəsici, qanyaradıcı, öskürəkkəsici olmaqla yanaşı, həm də xoraya qarşı, antibakterial və antiseptik xüsusiyyətlidir.

Müalicə vasitəsi kimi heyvanın meyvələri, yarpağı və toxumları istifadə edilir. Xalq təbabətində və müasir əczaçılıqda heyva meyvələrinin toxumluğundan və toxumlarından geniş istifadə edilir. Toxumlarda amiqdalin qlükozidi (0,530 - 0,505 faiz), emulsin fermenti, şəkərlər, pektin maddələri, nişasta, dabbaq maddələri, zülal və sair var. Toxumlardan bəlğəmgətirici, öskürəkkəsici, mədə-bağırsaq xəstəlikləri zamanı sakitləşdirici və yumşaldıcı vasitə kimi istifadə edilir. Uşaqlarda ishal xəstəliyi zamanı heyva toxumlarından hazırlanmış sulu məhlul yaxşı nəticə verir. Həmçinin bu məhlul xalq təbabətində saçın bərkiməsi üçün də tətbiq edilir. Meyvələri, həmçinin onların cövhəri və ekstraktı qanazlığını aradan qaldırır, ürək döyüntülərini səngidir, ümumi zəifliyi aradan qaldırır. Təzə meyvələr vərəm və bronxial astma xəstəliyinə qarşı faydalıdır. Heyva meyvələrindən alınmış həlim mədə (qastrit) və bağırsaq (ishal) pozuntuları zamanı yaxşı müalicə vasitəsi hesab edilir. Qara ciyər xəstəlikləri zamanı, ürək bulanmaları və qusmaya qarşı sürtkəcdən keçirilmiş və bişirilmiş meyvələr məsləhət görülür. Ürək- damar xəstəliklərindən şişmələr baş verdikdə heyva meyvələrindən dəmlənmiş çay əlverişlidir. Toxum həlimi yaxşı kosmetik vasitədir. O dərini yumşaldır, həmçinin göz xəstəlikləri zamanı kompres, boğaz ağrıları (angina) zamanı qarqara kimi istifadə edilir. Heyvanın ətri çox ürəkaçandır. O əhvalı yaxşılaşdırır, sıxıntıları aradan götürür. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:08 Zəncəfilin faydası Zəncəfil kökü yüksək müalicəvi xüsusiyyətlərə malikdir. Zəncəfil kökü ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Zəncəfilin xeyirli xüsusiyyətləri olduqca coxdur.Zəncəfil antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
14:52 DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər – 5 VACİB FAKT Son zamanlar respirator infeksiyaların çox yayılması orqanizmdə immunitetin zəifləməsi fonunda bir sıra xroniki xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin aktivləşməsinə səbəb olur. Bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi mövcuddur ki, bu xəstəliklərə düçar olmuş insanların 50%-dən
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az