t s

» » Qaz təsərrüfatında xirtdəyə çıxan problemlər: “Azəriqaz”ı nə gözləyir?!

Qaz təsərrüfatında xirtdəyə çıxan problemlər: “Azəriqaz”ı nə gözləyir?!

17-04-2015, 00:24 Yazar:  Röya Baxılıb: 736 Çap et
Qaz təsərrüfatında xirtdəyə çıxan problemlər: “Azəriqaz”ı nə gözləyir?!Elektrik enerjisinin paylanması və satışı funksiyasını yerinə yetirəcək müstəqil qurum - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılandan sonra təbii qazın satışı, paylanması və hasilatı funksiyasının da Dövlət Neft Şirkətindən (SOCAR) alınması, müstəqil qaz operatoru yaradılması məsələsi gündəmə gəldi.

Çünki “Azəriqaz” İstehsalat Birliyindəki nöqsanlar, qaz təsərrüfatında meydana çıxan, vaxtaşırı olaraq mətbuatda müzakirə olunan, hələ də sosial narazılıq mənbələrindən biri kimi qalan problemlər ölkənin təbii qaz operatorunun fəaliyyətində və funksiyalarında ciddi dəyişikliklərin həyata keçirilməsi zərurəti yaradıb.

Azərbaycanın qaz təsərrüfatındakı problemlərin aradan qaldırılması üçün hansı islahatlar aparıla bilər? Hasilatçı şirkət, yəni SOCAR-ın həm də əhaliyə qaz satışını həyata keçirməsi nə dərəcədə effektlidir? “Azəriqaz”ın bazasında müstəqil qurumun yaradılması mümkündürmü?

Virtualaz.org saytına danışan ekspertlər bu suallara fərqli cavab veriblər.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Azəriqaz” İstehsalat Birliyinin Dövlət Neft Şirkətinin tabeçiliyindən alınaraq müstəqil quruma çevrilməsinə real baxmır.

Ekspertin fikrincə, indiki halda bu, mümkün deyil. Çünki Azərbaycan Avropanın qaz bazarına daxil olur: “Yəni “Azəriqaz” 2009-cu ildə Dövlət Neft Şirkətinin tabeliyinə məqsədli şəkildə verildi. Yəni müəyyən strategiya vardı. Bundan başqa, həmin illərdə ölkənin qaz təsərrüfatında ciddi problemlər yaranmışdı, “Azəriqaz”ın maliyyə imkanları məhdud idi. Ölkənin qazlaşdırılması mümkün deyildi. Hətta bəzi bölgələrdə istismar olunan qaza görə ödənişlər 30-50 faizdən yüksək olmurdu”.



İ.Şaban deyir ki, “Azəriqaz”ın SOCAR-ın tərkibinə verilməsi qaz təsərrüfatındakı problemləri tam aradan qaldırmayıb. Məsələn, ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılmasına dair prezidentin müəyyən etdiyi vəzifə yerinə yetirilməyib.

“Bundan başqa, Bakı və Abşeronun qazpaylayıcı şəbəkəsinin Avropa standartlarına uyğun quraşdırılması məsələsi gündəmə gəldi. Hətta buna görə əcnəbi mütəxəssislər də dəvət edildi. Amma bu işə təxminən 1 milyard avro vəsait tələb olundu. Bu isə indiki halda məqbul deyildi. Bakı, Sumqayıt, Gəncə, Mingəçevirdə smart tipli sayğaclar quraşdırıldı. Buna baxmayaraq ölkədə hələ də 1 milyard kubmetrə yaxın qaz itkisi var” - deyə ekspert bildirdi.

İlham Şabanın sözlərinə görə, SOCAR qaz itkisinin səbəbləri ilə bağlı açıqlama vermir. Yalnız əhaliyə satılan qazın həcmi və yığılan vəsait haqqında məlumatlar açıqlanır: “Fikrimcə, qaz təsərrüfatına nəzarət mexanizmi gücləndirilməlidir”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə “Azəriqaz” İstehsalat Birliyinin SOCAR-ın tabeliyindən alınmasının tərəfdarıdır.

Hüquq müdafiəçisinin sözlərinə görə, beynəlxalq audit şirkətləri də SOCAR-da struktur islahatlarının aparmasını, şirkətin yalnız biznes struktura çevrilməsini tövsiyə edir: “Biz bu məsələni mütəxəssislərlə dəfələrlə müzakirə etmişik. Xarici neft şirkətlərinin, məsələn, BP, “Statoil” şirkətlərinin strukturuna diqqət yetirmək, onların təcrübəsindən yararlanmaq olar. SOCAR bu gün Azərbaycanın az qala bütün sahələrini əhatə edib, tikinti, nəqliyyat və ya qazlaşdırma ilə məşğuldur. “Azəriqaz” İstehsalat Birliyi, Nəqliyyat İdarəsi və bunlar kimi bir neçə qurum şirkətin tabeliyindən alınmalı, müstəqil fəaliyyət göstərməlidir. SOCAR isə bu qurumlarla müqavilə əsasında işləməlidir”.



M.Qəhrəmanlı qaz itkisinə də toxundu. Bildirdi ki, Azərbaycanda rəsmən 6 faiz qaz itkisi olduğunu açıqlayırlar.

“Amma bu rəqəm reallığı əks etdirmir. İri təsərrüfatlarda qaz oğurluğu var. “Azəriqaz” İstehsalat Birliyi “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasında yaradılıb. Amma “Azəriqaz”ın 5 illik fəaliyyəti nəticəsində ölkədə qaz itkisinin azalması o qədər də müşahidə olunmadı. Beləliklə də bu struktur da özünü doğrultmadı” - deyə ekspert vurğuladı.

“Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov isə “Azəriqaz” İstehsalat Birliyinin strateji sahə kimi dövlətin inhisarında qalmasının, ancaq bu sahədə islahatlar aparılmasının tərəfdarıdır.

Keçmiş idarə rəisi ölkənin qaz təsərrüfatında ciddi problemlərin qaldığını, o cümlədən qaz itkisinin səviyyəsinin hələ də yüksək həddə olduğunu təsdiqləyir.



N.Qasımov qaz oğurluğuna nəzarətin mümkünsüzlüyündən danışdı: “Qaz itkisinin bir səbəbi sızmalar, bir səbəbi isə oğurluqdur. Şirniyyat sexlərində, istixanalarda və digər iri təsərrüfatlarda qaz oğurlanır. Qaz idarəsinin əməkdaşları isə hündür hasarlar arxasında qalır, onların belə təsərrüfatlara nəzarəti mümkünsüzdür. “Azəriqaz”ın əlində başqa vasitələr yoxdur, onlar bağlı qapı arxasında nə baş verdiyini öyrənə bilmirlər”.

Ülviyyə Xuduzadə

Virtualaz.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 SOCAR-ın neft hasilatı və satışında rolu... 2015-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə 1,5 milyard manat vəsait ödəniləcək. Hasilat Azərbaycanda neft hasilatı iki hissəyə bölünür. Birincisi və ən çox hissəsini “BP-Azerbaijan” şirkətinin operatoru olduğu konsorsium “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, ikincisini isə Azərbaycan
14:27 Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq “Azəriqaz” İB məlumat yaydı. Aprelin 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nərimanov”, “Böyük-Şor”, “30-cu sahə”, “Qazanlar”, “Bakıxanov” və “Keşlə” Qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü
23:06 “Azəriqaz”da dəhşətli maxinasiyalar Hər ay işçilərə 1 milyon «paket maaş» hansı «əməliyyatların» hesabına verilir? 2.5 kubmetr/saat gücündə olan sayğacların 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənməsinin sirri “Azəriqaz” və onun rəhbəri Əkbər Hacıyev barədə “Azadlıq”a şok müraciət daxil olub. Müraciəti uzun müddət
16:16 Bu gün əksər rayonlarda qaz olmayacaq “Azəriqaz” İB məlumat yaydı. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Mediaxeberleri.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Məlumata görə, yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar
22:40 “Azəriqaz”da yenilik “Azəriqaz” İstehsalat Birliyi (İB) qaynar xəttinin xidmətlərini daha da təkmilləşdirərək əhaliyə yeni xidmət təklif edəcək. Hazırda bununla bağlı iş gedir və proses yaxın vaxtlarda yekunlaşacaq”. Bunu Publika.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib. Onun

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az