t s

» » Nazarbayev Türkiyəni “Putinin birliyi”nə dəvət edir

Nazarbayev Türkiyəni “Putinin birliyi”nə dəvət edir

16-04-2015, 16:11 Yazar:  Röya Baxılıb: 438 Çap et
Nazarbayev Türkiyəni “Putinin birliyi”nə dəvət edir“Qazaxıstan Türkiyə vasitəsilə Avropaya çıxa bilər”.

Avrasiya İqtisadi Birliyi Türkiyə üçün türk biznesinin yeni bazarlara çıxmasına imkanlar açacaq.

mediaxeberleri.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla danışıqların yekununda bildirib.

“Qazaxıstan Türkiyə vasitəsilə Avropa və Yaxın Şərqə çıxa bilər. Avrasiya İqtisadi Birliyi türk biznesinə yeni bazarlara çıxmağa yol açır”, - Nazarbayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər iki ölkə əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Bununla əlaqədar Qazaxıstan prezidenti türk biznesini “Nurlı jol” infrastruktur layihəsinin və respublikanın sənayesinin inkişafı üçün təşəbbüslərin həyata keçirilməsində iştiraka dəvət edib.

Eyni zamanda Qazaxıstan rəhbəri Türkiyə ilə qarşılıqlı ticarətin həcminin azaldığını vurğulayıb.

“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3,5 mlrd dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə azdır. Lakin bu dünya böhranının təsiri üzündən baş verir”, - Nazarbayev deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:43 İran TANAP layihəsinə qoşula bilər İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkənin Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) iştirakı aktuallaşır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib. “TANAP hal-hazırda o qədər gəlirli
10:06 Putindən sərt addım - Belə getsə, bəzi ölkələr müstəqillikləri ilə vidalaşmalı olacaq Astanada Qazaxıstan və Belarus liderləri ilə görüşən Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqı üçün vahid valyuta yaratmağı təklif edib. Vladimir Putin: “Düşünürəm ki, perspektivdə valyuta ittifaqının yaradılması imkanlarından danışmağın vaxtı çatıb”. Beləliklə, Avrasiya İttifaqına
01:02 SSRİ yox, Nikolayın dövrü qayıdır... Martın 20-də Rusiya prezidenti Vladimir Putinin Astanaya çoxdan planlaşdırılan və bir dəfə təxirə düşən səfəri baş tutub. Putinlə birlikdə Avrasiya İttifaqını təsis edən üçlüyün digər lideri, Belarus prezidenti Aleksandr Lukaşenko da elbaşının - Nursultan Nazarbayevin qonağı idi. Nədənsə bu
00:20 Nazarbayevin namizədliyi qeydə alındı Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd kimi Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevi qeydiyyatdan keçirib. MSK-nın məlumatına görə, Nazarbayevin namizədliyinin dəstəyi üçün ölkənin bütün 16 rayoları təmsil olunan seçicilərin 560
00:46 Putin Serji qapıdan qovdu - Sarkisyan Ukrayna məsələsinin müzakirəsinə buraxılmayıb Qazaxıstan, Rusiya və Belarus prezidentləri Nursultan Nazarbayev, Vladimir Putin və Aleksandr Lukaşenko martın 13-də Astanada üç tərəfli görüş keçirəcək. Ermənistan prezidenti Serj Sarkisyanın görüşə dəvət edilməməsi erməni mətbuatında ciddi narahatçılıq yaradıb. “Prezidentlər dünya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az