t s

» » Ağstafa “qış yarmarkası”na hazırlaşır

Ağstafa “qış yarmarkası”na hazırlaşır

18-12-2018, 19:14 Yazar:  Səxavət İsmayıl Baxılıb: 226 Çap et
Ağstafa “qış yarmarkası”na hazırlaşır
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar olaraq 24 - 31 dekabr 2018-ci il tarixlərində Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Aqrar Sənaye kompleksinin təçkilatçılığı ilə Ağstafa rayon sakinləri üçün möhtəşəm “ Qış yarmarkası” keçiriləcək. Yarmarkaya 24 dekabr tarixində konsert proqramı ilə start veriləcək.

Səhnədə tanınmış incəsənət nümayəndələri – Gülyaz və Gülyanaq, Damla, Namiq Qaraçuxurlu, Sevil-Sevinc bacıları, Maestro Ceyhun, AASK rəqs qrupu, Şeron qrupu, Zakir Əliyev, Samir Cəfərov çıxış edəcəklər. Bundan əlavə 7 gün boyunca axşam saat 17:00 dan - 22:00 dək uşaq və yeniyetmələrin asudə vaxtlarını daha mənalı keçirtmək üçün yeni il proqramları və fast-food tipli xidmətlər göstəriləcək. Yarmarkada həmçinin şəhid ailələrinin övladları, kimsəsiz uşaqlar və imkansız ailələrin övladlarının da iştirakı təmin olunacaq. Hər gün Şaxta baba və Qar qız uşaqlarla rəqs edəcək, əyləncəli oyunlar keçirəcəklər.

Həmin günlərdə fəaliyyət göstərən 20 ədəd köşkdə, uşaqlar üçün yeni il oyuncaqları, suvenirlər, təzə sıxılmış meyvə şirələri , burger və sendiviç , çay və kofe, şirniyyat və ayaq üstü tez hazırlanan yeməklər təklif olunacaq. “Qış Yarmarkası” boyunca hər gün incəsənət nümayəndələrinin çıxışları, milli rəqs qruplarının ifaları, regionun ənənəvi saz ustalarının çıxışları bayram çoşqusunu daha da artıracaq.

Möhtəşəm tədbirdə Ağstafa əhalisi ilə yanaşı, eyni zamanda paytaxt və digər bölgə sakinləri, həmçinin turistlərdə iştirak edəcəklər.

Ağstafa “qış yarmarkası”na hazırlaşır
Ağstafa “qış yarmarkası”na hazırlaşır
Ağstafa “qış yarmarkası”na hazırlaşır
Ağstafa “qış yarmarkası”na hazırlaşır
Ağstafa “qış yarmarkası”na hazırlaşır
Ağstafa “qış yarmarkası”na hazırlaşır
Ağstafa “qış yarmarkası”na hazırlaşır
Ağstafa “qış yarmarkası”na hazırlaşır





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
19:03 Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib Martın 15-də Ağstafada Novruzun gəlişinə həsr olunmuş ümumrayon şənliyi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış olublar. Mərasimdə çıxış edən rayon
23:27 “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 37-ci il “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 14 Günəş Ayı, 37-ci ildə (mart, 2015) Qutsal “İnsanilik”Bayramını həyata keçirdi. (Bildirək ki, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Borçalıda
13:03 11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər” Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az