t s

» » Müsəlmanların sabun və şampun kəşfi Avropanı necə dəyişdi? –Qərbin etirafı

Müsəlmanların sabun və şampun kəşfi Avropanı necə dəyişdi? –Qərbin etirafı

17-12-2018, 20:37 Yazar:  Firuzə Baxılıb: 106 Çap et
Müsəlmanların sabun və şampun kəşfi Avropanı necə dəyişdi? –Qərbin etirafı
İngiltərənin məşhur “İndependent” qəzeti İslam ölkələrinin elm və dünya ictimai aləminə bəxş etdiyi 20 kəşfi müəyyən ediblər. Onların arasında məyyən nəzəriyyələr, konkret ixtiralar yer alıb. Onlara şahmat, barıt, basma qələm, qəhvə, sabun, rəngli şüşə, təyyarə maketi və başqa ixtiraları misal çəkmək olar.

Müsəlmanların elm sahəsinə verdiyi töhfələrdən danışacağıq ki, nüfuzlu İngiltərə qəzeti də onlara yer ayırıb:

Anatomiya: Gözün optik quruluşu hələ o zamanlar müsəlman alimləri tərəfindən araşdırılıb. X əsrin müsəlman alimi İbn Haytam gözün işıq şüaları vasitəsilə gördüyünü və onun optik quruluşu barəsində müddəalar irəli sürüb. Onun nəzəriyyəsinə görə, gözə daxil olan işıq şüaları orada qırılaraq gözün görmə qabiliyyətini əmələ gətirir.

Gigiyena: sabun və şampunun ixtirası. Xaç yürüşləri zamanı müsəlman əsgərlərini qorxudan təkcə yaxşı silahlanmış ordu deyildi. Onları qorxudan həm də o əsgərlərdən gələn pis qoxu idi. Avropa müsəlman ərazilərini fəth etməyənə qədər nə sabunla, nə də isti suda yuyunmaq vərdişi ilə tanış deyildi. Qədim Misirdə kəşf olunan sabun orta əsrlərin müsəlman aləmində müxtəlif bitki və kimyəvi tərkiblərlə zənginləşərk modern halını aldı. Başqa bir müsəlman icadı olan şampun Avropaya ancaq 1759-cu ildə ayaq açdı.

Kimya: Cabir ibn Həyyan “inqilabı”- mayenin temeraturuna, konkret desək, qaynama nöqtələrinə görə bir-birindən ayrılma mexanizmini müsəlman alimi Cabir ibn Hayyan kəşf edib. Bir neçə icadın əsasını qoyan İbn Hayyan modern kimyanın banisi sayılır.

Mexanika: Düz hərəkəti dəyişən (dönən) hərəkətlə əvəz edən mil sisteminin əsasını orta əsrlərin müsəlman alimi İbn Cəzir qoyub. Alovlu motorlardan tutmuş son zamanlara qədər icad olunan bütün mexaniki cihazlarda mil sistemindən istifadə edilib. Bu kəşf mexanika sahəsində inqilab adlanır.

Tibb: Deyilənə görə, hazırda dünyanın bütün xəstəxanalarında istifadə edilən cərrahi alətlərin forma və ilkin dizaynı orta əsr ərəb təbibi və bilicisi ibn Zəhraviyə aiddir. Zəhravinin hazırladığı 200 cərrahiyə aləti bu gün modern tibdə də istifadə edilir. Zəhravi heyvan bağırsaqlarından hazırlanan iplikdən vurulan tikişin insan bədənində öz-özünə itmə mexanizminin də əsasını qoyub.



Riyaziyyat: Alqoritm və triqonometriya anlayışları da İslam dünyasından Avropaya gedib. Bu nəzəriyyə Xarəzmdə yaşayan alim Məhəmməd əl Xarəzminin adının baş hərflərinin ardıcıllığını özündə əks etdirir. Çünki alqoritm nəzəriyyəsi qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığını əks etdirir.

İqtisadiyyat: Modern bank çeklərinin də əsasını müsəlmanlar qoyub. Orta əsr ərəbləri indiki çekin sələfi olan kağıza sak deyiblər. Karvan soyğunları çox olduğuna görə müsəlman ölkələrinin bəzilərində uzaq yerlərdə alış-verişi məhsulların adı yazılan kağızla həll etmək olurdu. Çek rolunu oynayan bu kağızla Çinə qədər ticarət etmək mümkün idi.

Astronomiya: Hələ IX əsrdə bir çox müsəlman alimləri müxtəlif rəsədxanalarda Yerin Günəş ətrafında fırlanmasını və onun kürə halında olmasını qeyd edirdi. Əl Birunu bu fikirlərdə daha qətiyyətli idi. Avropaya isə bu nəzəriyyə yalnız 500 ildən sonra gedib çıxa bildi. O zaman da indinin sivil Avropası bu yeni olmayan nəzəriyyəni deyən Qalileyi ölümə məhkum etdilər. AzEdu.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az