t s

» » BMAM sədri Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

BMAM sədri Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

17-12-2018, 15:53 Yazar:  Eldar Baxılıb: 437 Çap et
BMAM sədri Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqanerlə görüşüb.

BMAM mətbuat xidmətindən verilən məlumata görə, Rufiz Qonaqov bildirib ki, ölkəmizin Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri hər zaman sıx əməkdaşlıq çərçivəsində olmuş və bu yolda mühüm addımlar atılmışdır: “Təhsildə də azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərinə üz tutması, təhsillərini başa vurduqdan sonra ölkəmizdə hər iki ölkənin mədəniyyətlərini təmsil etmələri bu dostluq və əməkdaşlığın bariz göstəricisidir. Azərbaycan cəmiyyəti də Şimali Kipr Türk Cümhuriyyətini hər zaman dəstəkləyib”.

Ufuk Turqaner isə bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyi əməkdaşlığı daha da genişləndirmək üçün istər universitetlər, istərsə də QHT-lərlə görüşlər təşkil edir, mədəniyyət günləri keçirir və gələcəkdə hər iki dövlətin mədəniyyət, təhsil sferasında daha da yaxınlaşacağına ümid edir.

Ufuk Turqanerin Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinə olan diqqətinin olduqca təqdirəlayiq olduğunu deyən Rufiz Qonaqov əməkdaşlığın daha da genişlənəcəyinə və hər iki ölkəyə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

BMAM sədri Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
BMAM sədri Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az