t s

» » DYP-dən yararsız avtomobillərlə yük daşıyanlara XƏBƏRDARLIQ

DYP-dən yararsız avtomobillərlə yük daşıyanlara XƏBƏRDARLIQ

17-12-2018, 09:44 Yazar:  Gülnar Baxılıb: 92 Çap et
DYP-dən yararsız avtomobillərlə yük daşıyanlara XƏBƏRDARLIQ
Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır.

İdarədən BakuPost-a verilən məlumata görə, son bir həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

DYP xatırladır ki, iki gün öncə Salyanda üzərində armatur borular daşıyan "Opel" markalı avtomobillə "Hyundai" markalı digər nəqliyyat vasitəsi toqquşub. Nəticədə "Opel”in üzərində olan dəmir çubuq "Hyundai" markalı avtomobilin qabaq alın şüşəsindən girərərək, sürücünün həyatına son qoyub. Həmin hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı sərt tədbirlərin görülməsi barədə göstəriş verilib.

Dünən Nəsimi rayonu ərazisində "QAZ-31" markalı avtomobil 12 metr uzunluqda armatur daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan müayinəyə dəvət edilib və sənədləri tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzin tökərək həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib.

Digər bu kimi xoşagəlməz hallar uzun müddətdir baş verdiyindən yol polisi yol hərəkət qaydalarına əməl etməyi tövsiyə edir. Qeyd olunur ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol nəqliyyat hadisələrinə səbəb olur. Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.

Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər belə olmadan bu cür nəqliyyat vasitələrini idarə edir. Bəzən belə avtomobilləri 5-6 nəfər ayrı-ayrı vaxtda idarə edir. Yəni onlar buna sadəcə yükdaşıma vasitəsi kimi baxırlar. Nəqliyyat vasitəsi kimi həmin avtomobili saz vəziyyətdə saxlamırlar, işıq cihazları nasaz vəziyyətdə olur, əyləc sistemi işləmir. Bu da yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.

Yol polisi bu cür avtomobilləri idarə edən şəxslərin diqqətinə çatdırır ki, onlara qarşı nəzarət gücləndirilib. Bundan sonra yükdaşıma qaydalarını pozduqlarına görə onların barəsində çox sərt tədbirlər görüləcək. İstismara yararsız olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması təmin ediləcək və digər müvafiq addımlar atılacaq.

Dövlət Yol Polisi onu da qeyd edir ki, bu cür avtomobilləri idarə edən bəzi sürücülər Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılarkən müxtəlif təzyiq üsullarına əl atırlar, özlərinə xəsarət yetirəcəklərini bildirirlər, sosial vəziyyətlərini önə çəkməklə və digər vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Lakin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin normal yaşayış şəraiti, imkanı var, saz vəziyyətdə olan digər avtomobilə sahibdir. Ancaq ucuz başa gəlsin deyə istismara yararsız olan nəqliyyat vasitələrini 300-500 manata əldə edib, öz bizneslərini qururlar. Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi əngəldir.

Yol polisi bir daha xəbərdarlıq edir ki, belə nəqliyyat vasitələri aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tədbirlər görüləcək. Baş Dövlət Yol Polisi İdarəsi bu cür nasaz nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edir ki, nəqliyyat vasitələrini saz vəziyyətə gətirsinlər. Nasaz nəqliyyat vasitəsi idarə etməsinlər. Ümumiyyətlə, dəmirlərin və yüklərin daşınması yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilməlidir və avtomobilin yük yerində daşınmalıdır. Nəqliyyat vasitəsinin damında dəmir parçalarının daşınması qadağandır. Odur ki, sürücülər bu qayda pozuntularına yol verməsinlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az