t s

» » Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib

Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib

16-04-2015, 02:00 Yazar:  Alim Baxılıb: 557 Çap et
Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib  UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib.

Parisdə yerli “PSJ” komandası turnirin favoritlərindən olan “Barselona”nı qəbul edib.


Görüşün 13-cü dəqiqəsində Lionel Messinin fərqlənməsinə qapı dirəyi mane olsa da, beş dəqiqə sonra argentinalı ulduzun gözəl ötürməsini qola çevirən Neymar oyunda hesabı açıb - 0:1. Qarşılaşmada üstünlüyü ikinci hissədə də davam etdirən qonaqlar 67-ci və 79-cu dəqiqələrdə Luis Suarezin qolları ilə hesab arasındakı fərqi üç topa çatdırıb. Lakin üç dəqiqə sonra Qregori van der Viel parislilərin təsəlli qolunu vurub - 1:3.

Turun digər oyunu da maraqlı idman mübarizəsi şəraitində keçib. Doğma meydanda “Bavariya”nı qəbul edən “Portu” 3:1 hesabı ilə qalib gəlib. Oyunun 3-ü dəqiqəsində almanların qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Rikardo Quareşma 10-cu dəqiqədə dubl edib -2:0. Qarşılaşmanın 28-ci dəqiqəsində “Bavariya”nın heyətində Tiaqo Alkantara hesab arasındakı fərqi azaldıb. Lakin ikinci hissədə də inamlı oyun nümayiş etdirən “Portu” 65-ci dəqiqədə Cekson Martinezin qolu ilə 3:1 hesablı qələbəni rəsmiləşdirib.

Xatırladaq ki, 1/4 final mərhələsinin ilk iki oyununda “Yuventus” “Monako”nu 1:0 hesabı ilə məğlub etmiş, Madrid derbisində - “Atletiko” və “Real” komandaları arasındakı görüşdə isə qapılara qol vurulmamışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:51 Futzal üzrə yığmamız Danimarkanı darmadağın etdi 9-2 Martın 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin növbəti oyununda Azərbaycan və Danimarka milli komandaları qarşılaşıb. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan milli
08:33 Gecənin bütün oyunları: meydan sahibləri “meydan suladı” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. UEFA Avropa liqasının 1/8 final mərhələsinin ilk oyunları meydan sahiblərinin üstünlüyü ilə keçib. Keçirilən səkkiz qarşılaşmadan altısı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bir oyunda qonaq komanda sevinib, bir oyun
21:37 "Qarabağ" uduzdu, "İnter" qalib gəldi Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Turun bütün oyunları bu günə nəzərdə tutulub. Günün ilk oyun paytaxtda baş tutub. Burada “İnter” “Simurq”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Digər oyunda “Neftçi” “Sumqayıt”ın qonağı olub. Matç Bakı klubunun minimal
18:55 Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı - SİYAHI İlk oyunlar martın 12-də keçiriləcək. Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Mediaxeberleri.az xəbər verir ki,UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib. 1/8 finalın ilk oyunları martın 12-də, cavab

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az