t s

» » "AMAY Abdulla"nın məhkəməsində qalmaqal...

"AMAY Abdulla"nın məhkəməsində qalmaqal...

19-02-2015, 13:42 Yazar:  Aygün Baxılıb: 870 Çap et
"AMAY Abdulla"nın məhkəməsində qalmaqal...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən "A.M.A.Y" rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb.

Mediaxeberleri.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxslərdən bəzilərinin vəkili gəlmədiyi üçün təxirə salınıb. Belə ki, saat 11-ə təyin olunan prosesdə dövlət hesabına verilən vəkillərdən Yunis Vəliyev və Şöhrət Allahmanov prosesə gəlmədiyi üçün proses saat 12:30-a təyin edilib. Saat 12:30-da həmin vəkillər prosesə gəlmədiyi üçün məhkəmə iclası saat 14:00-ə kimi yenidən təxirə salıb.

Təqsirləndirilən Abdulla Abdullayev hakimlərin qərarını narazılıqla qarşılayıb və onunla birlikdə təqsirləndirilən və zamində olan şəxslərin dövlət tərəfindən təmin olunan vəkillərdən imtina etməsini istəyib. Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər. Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir.

Ə. Hacıyev, bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb. Etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza baxılıb və təmin edilməyib. İş yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:36 Azərbaycan derbisi FIFA referisinə tapşırıldı AZAL - "İnter" və "Neftçi" - "Qarabağ" oyunlarına əlavə köməkçi hakimlər təyin edlib Topaz Premyer Liqasının XXIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. ANS PRESS-in məlumatına görə, turun mərkəzi oyunu olan "Neftçi" - "Qarabağ" qarşılaşması FIFA referisi Əliyar Ağayevə
15:14 Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildi Azərbaycanda tikinti şirkətlərindən birinin rəhbəri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində
22:25 UEFA “Qarabağ” - “İnter” matçında hakimin səhvə yol verdiyini etiraf edib UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “İnter”lə (İtaliya) görüşü zamanı kobud hakim səhvinin qurbanı olan “Qarabağ”ın şikayəti ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 0:0 hesabı ilə başa çatan görüşün son dəqiqələrində vurulan qolun
01:11 81 yaşlı qadının əxlaqsızlıq suçuyla qətli - Şok təfərrüat İsmayıllı rayon sakini, 1975-ci il təvəllüdlü Elbrus Cəbiyev 81 yaşlı qadını qətlə yetirməkdə ittiham olunub. Sərxoş olan Elbrus qonşusu, 1933-cü il təvəllüdlü Rəbiyyə Talıbovanın evinə gəlib. Hadisə ötən il iyulun 1-də, saat 17 radələrində baş verib. İsmayıllı şəhəri, Qəşəm Aslanov küçəsi, 51
09:10 Qocayevin həbsi, “Yevlaxlı Alik” və Ənvər Mustafayev... Həbs edilən “Azərbalıq”ın sabiq prezidenti vaxtilə qalmaqallı bir məhkəmə prosesində əsas fiqurantlardan biri olub... Xəbər verdiyimiz kimi, “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az