t s

» » Səhiyyə Nazirliyi 4 tibb müəssisəni bağladı

Səhiyyə Nazirliyi 4 tibb müəssisəni bağladı

15-04-2015, 13:57 Yazar:  Aygün Baxılıb: 558 Çap et
Səhiyyə Nazirliyi 4 tibb müəssisəni bağladı10 özəl tibb müəssisəsi 155 000 manat məbləğində cərimələnib.

Səhiyyə Nazirliyi tərəfindən bir neçə özəl tibb müəssisəsini cəzalandırılıb.

Nazirliyin mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən xəbərə görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlər göstərilməsinin qarşısının alınması istiqamətində 2015-ci ilin I rübündə nəzarətin gücləndirilməsi davam etdirilib.

Həmin dövrdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkarlanıb və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.

Aparılmış yoxlamalar nəticəsində 10 tibb müəssisəsində əhaliyə tibbi xidmətinin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi aşkarlanıb. Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib, 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti yoxlamalar zamanı aşkarlanan nöqsanlar aradan qaldırılanadək dayandırılıb, 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv edilib.

Eyni zamanda, xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olan və ya mövcud lisenziyanın əlavəsində göstərilənlərdən kənar işlər həyata keçirdiyinə görə 10 özəl tibb müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh növü kimi cərimə tətbiq edilib (ümumilikdə 155 000 manat məbləğində).

Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərə həyata keçirmək hüququ verilmiş işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür.

Səhiyyə Nazirliyi xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:30 Özəl klinika Səhiyyə Nazirliyini məhkəməyə verdi “Ciddi şəkildə nöqsanlar aşkarlanıb”. Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan “Atlas Medical Center” nazirliyi məhkəməyə verib. Mediaxeberleri.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, bir müddət öncə “Atlas Medical
18:35 Bakıda özəl klinikada ana ölümünün ilkin səbəbi müəyyənləşib “Xəstə epidural anesteziya olunmalı idi”. Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümünün ilkin səbəbi müəyyənləşib. Mərhumun yaxın qohumu Cavid Musazadə Trend-ə açıqlamasında bildirib ki, 29 yaşlı İlahə Musazadənin “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölməsinə səbəb anestezioloqun
18:35 Daha bir özəl klinikada ana ölümü baş verib 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirib. Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. Mediaxeberleri.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib. Bu klinikada 23-24 yaşlı ana uşağı
22:46 Nazirlikdən İntiqam Əliyevlə bağlı - Açıqlama Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhətində problemlərin olması ilə bağlı ictimaiyyətdə fikirlər yayılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, bu məsələyə nazirliyin Tibb baş idarəsinin rəisi Rəfail
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az